Modern.az

Dövlət orqanlarındakı vakant vəzifələrlə bağlı müsabiqə elan ediləcək

Dövlət orqanlarındakı vakant vəzifələrlə bağlı müsabiqə elan ediləcək

12 Noyabr 2009, 11:05

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaxın günlərdə dövlət orqanlarında inzibati vəzifələrin 6-9-cu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edəcək. Bu barədə Modern.az-a komitənin mətbuat xidmətindən məlumat verilib. Komitədən bilidirilib ki, hazırda müsabiqəyə çıxarılacaq dövlət orqanlarındakı  vakant vəzifələrin sayı dəqiqləşdirilir. Artıq bir sıra dövlət qurumlarındakı bəzi vakant vəzifələrin adı müəyyənləşdirilib. Komitədən verilən məlumata görə, hələlik Nəqliyyat Nazirliyində 12, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 8, Dövlət Statistika Komitəsində 52, Müəllif Hüquqları Agentliyində 1, Gənclər və İdman Nazirliyində 45, Səhiyyə Nazirliyində 13, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 1, Kənd Təsərrüfatı Nazirliyində 4, Dövlət Mülki Aviasiya Administrasiyasında 6, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 15 vakant vəzifənin olması dəqiqdir. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından bildiriblər ki, dövlət orqanları tərəfindən vakant vəzifələr təqdim edildikcə siyahıya əlavə olunacaq. Qeyd edək ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya oktyabrın 23-də dövlət orqanlarında inzibati vəzifələrin 6-9-cu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə də elan edib. Müsahibəyə 25 dövlət orqanında inzibati vəzifələrin 6-9-cu təsnifatlarına uyğun olan 224 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsahibə üzrə sənədlərin qəbulu 23 oktyabrda başlayıb 11 noyabrda isə yekunlaşıb. Dövlət Komissiyası tezliklə müsahibəyə təqdim olunan sənədlərlə bağlı statistikanı təqdim edəcək.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir