Modern.az

Dünyanın Makrondan gözləntiləri – Gənc prezident etimadı doğruldacaqmı?

Dünyanın Makrondan gözləntiləri – Gənc prezident etimadı doğruldacaqmı?

15 May 2017, 13:36

39 yaşlı Emmanuel Makron prezident seçkilərinin 2-ci turunda inamlı qələbə qazanaraq (66%) son 200 ildə Fransaya rəhbərlik edəcək ən gənc lider oldu.

 

“İrəli” hərəkatının lideri olan 39 yaşlı siyasətçi bu vaxta qədər daha çox Ollandın prezidentliyi zamanı iqtisadiyyat naziri səlahiyyətlərini icra etməsi ilə tanınırdı.

 

Dünən Yelisey Sarayındakı təntənəli mərasimlə Olland prezident səlahiyyətlərini Makrona ötürdü. Yeni prezident isə ilk xarici səfərini Berlinə edəcəyini açıqladı. Bu gün Angela Merkel və Emmanuel Makron arasında görüşü keçiriləcəyi gözlənilir.

 

Avropa İttifaqının üzvü olmaq və Birliyin əsas özəyi olan Almaniya ilə dostluq münasibətlərinin saxlanılması Makronun əsas seçki vədi idi.

 

Makronun təklifi ilə Merkel Avropa Birliyinin iqtisadi artımını sürətləndirəcək islahat paketini gözdən keçirəcək. Digər tərəfdən, iki ölkə əmək bazarında yaranmış narahatçılığı həll etməyə çalışacaqlar. Belə ki, Fransada işsizlik göstəricisi 10%-ə çatıb və bunun 24%-ni gənclər təşkil edir. Almaniyada isə analoji göstəricilər 6% və 7%-dən ibarətdir.

 

Ümumiyyətlə, Makronun qələbəsinin Avropa liderlərini sevindirdiyini görmək mümkündür. Birliyi qəti tərəfdarı olan yeni prezidenti avrozonanı möhkəmləndirəcəyi vəparalel olaraq, miqrantların Avropaya axın etməsinə qarşı liberal yanaşma sərgiləyəcəyini demək olar.

 

Bu isə, Avropada təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracaq.

 

Makronun Donald Tramp və Vladimir Putinlə münasibətlərinin hansı məcrada olacağı da maraq doğurur. Bəziləri hesab edir ki, Makron Trampla dil tapa bilsə də, rus hakerlərinin seçki sırasında onun elektron ünvanına hücumlar etməsi və haqqında həqiqətə uyğun o0lmayan məlumatlar yaymasına görə, Putinlə münasibətlərdə sərtlik nümayiş etdirəcək.

 Bu isə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların hələ bir neçə il də qüvvədə qalacağı deməkdir.

 

Paralel olaraq, Makronun prezidentliy i Parisin ATƏT-in Minsk qrupunun üzvü olması baxımından Bakı üçün də önəm kəsb edir. Fransadakı erməni icması ilə seçkiöncəsi görüşlərdə verdiyi ermənipərəst bəyanatalara baxmayaraq, Makronun prezident postunda Cənubi Qafqaz regionunda balansı qorumağa çalışacağını və Minsk qrupunun tərkibində yeni sülh təşəbbüsləri ilə çıxış edəcəyini də istisna etmək olmaz.

 

39 yaşlı Emmanuel Makron Fransanın beynəlxalq nüfuzunu və iqtisadi inkişafını yaxın 5 il ərzində müəyyən edəcək siyasətçi kimi ictimaiyyət tərəfindən yüksək etimadla əhatə olunub. Bu etimadın davamlılığı isə onun atacağı addımlarla müəyyən olunacaq.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir