Modern.az

Medvedev prezidentlik müddəti bitəndən sonra harda işləmək istədiyini söylədi

Medvedev prezidentlik müddəti bitəndən sonra harda işləmək istədiyini söylədi

25 Aprel 2011, 18:22

Rusiya prezidenti Dimitri Medvedev “Dojd” telekanalına müsahibəsində prezidentlik müddəti bitdikdən sonra nə ilə məşğul olacağı barədə danışıb. Bu barədə sualı cavablandıran prezident bildirib ki, Rusiyanın elm mərkəzi kimi nəzərdə tutlmuş “Skolkovo”da müəllim işləmək istərdi. “İstəyərəm ki, həyatım aktiv olsun. Əgər “Skolkovo”da hər şey normal olsa, orada dərs vermək istərdim”-deyə dövlət başçısı vurğulayıb.

Medvedev həmçinin qeyd edib ki, KİV də onu maraqlandırır. “Mən vacib siyasi xəbərlər üzrə şərhçi işləyə bilərəm. Həmçinin yeni texnologiyalar sahəsində qüvvəmi sınayardım”-deyə o bildirib. Bununla yanaşı, Medvedev vurğulayıb ki, “belə məsul vəzifədən sonra özünü başqa rolda təsəvvür etmək çətindir”.
Prezident qeyd edib ki, “hakimiyyətdən gedəndən sonra özünü tapmaq o qədər də asan məsələ deyil”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq