Modern.az

Ombudsman Aparatı hərbi hissələri yoxladı

Ombudsman Aparatı hərbi hissələri yoxladı

15 May 2017, 17:49

Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Lənkəran şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

 

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.

 

Ombudsmanın nümayəndələri şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların  hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıblar.

 

Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi hissəsində müddətli hərbi qulluqçular arasında aparılan hüquqi maarifləndirmə işinin təşkilinin yüksək səviyyədə olması müşahidə edilib.

 

Qeyd olunub ki, Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi şəhərciyində 60 mənzildən ibarət yaşayış binası ailəli hərbi qulluqçuların istifadəsinə verilib. Mülki Müdafiə Qoşunlarının hərbi şəhərciyində isə bütün növ mebel və avadanlıqlarla təmin edilmiş 40 mənzildən ibarət yaşayış binasının yaxın müddətdə istifadəyə verilməsi nəzərdə tutulub.

 

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu