29 may 2017, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Sevgiləri tükənməyən Baş katib və sədaqətini əsirgəməyən tibb bacısı... - MARAQLI
Sevgiləri tükənməyən Baş katib və sədaqətini əsirgəməyən tibb bacısı... - MARAQLI
15.05.2017, 21:22

Leonid İliç Brejnevin böyük həyat eşqinin, zövqlə yaşamaq həvəsinin əsas səbəblərindən biri də qadınlar olub. Böyük dövlətin böyük rəhbərinin ürəyindəki çoxsaylı sevgilər Baş katibi ömrünün sonuna kimi tərk etməyib. Vəzifə pillələrini qalxdıqca, böyük kürsülərə sahib olduqca Leonid İliçin sevgiləri də böyüyüb.

Bu sevgilərin sırasında tibb bacısı  Nina Korovyakovanın yeri məxsusi olub, Leonid İliçin bu xanıma olan tükənməz məhəbbəti, tibb bacısının isə ona olan sədaqəti az qala dillər əzbərinə çevrilib.

Modern.az saytı SSRİ rəhbərləri ilə bağlı növbəti yazısında bu “cütlük”dən bəhs edir.


Brejnevin Nina Korovyakovaya qarşı olan istəyi hədsiz ehtiraslı olmağı ilə yanaşı, həm də səsli-küylü hadisə kimi yadda qalıb. Hətta bu məhəbbətin söhbəti Kremlin otaqlarında da marağa və mübahisələrə səbəb olub.

Baş katiblik kürsüsündə on səkkiz illik hakimiyyətin əksər illərində xəstəliklər Brejnevi çox da rahat yaşamağa qoymayıb. Bu xəstəliklər təbii ki, Kreml komandasını da narahat edib. SSRİ-nin hamıya sərfəli və “əvəzolunmaz” liderinin sağlamlığı naminə ciddi tədbirlər görülüb və xüsusi həkim personalı gecə-gündüz Baş katibin qulluğunda dayanıb.

Baş katibin tibb bacısı Nina Korovyakova da bu personalın arasında olub. Brejnev tibb bacısına hədsiz dərəcədə bağlanıb. Sözsüz ki, bu münasibəti daha da ehtiraslı edən səbəblər isə Ninanın Baş katibə qarşı qayğısı, nəvazişi və nəhayət Brejnevi “yolundan çıxmağa” vadar edən hərəkətləri olub.

Nina Korovyakova gözəl qadın olmaqla yanaşı həm də savadlı, dünyagörüşlü, tez ünsiyyət qurmağı bacaran, siyasi mühitdən xəbərdar olmağı ilə fərqlənib. O uzun illər SSRİ Səhiyyə nazirliyinin 4-cü idarəsində işləyib. Bu idarə dövlət rəhbərlərinin sağlamlığına məsuliyyət daşıyan qurum sayılıb. 4-cü idarədə işlədiyi dövrdə müsbət tərəfdən özünü tanıtdıran Nina məhz bu idarə vasitəsi ilə Baş katibin keçilməz qalasından onun yaxın ətrafında məskən salmağa nail olub.

Brejnevin müalicə həkimi Rodionov yumşaq xarakterli olduğundan Nina onu bir çox məsələlərdən uzaqlaşdırmağı bacarıb. Bütün məsələlərdə təşəbbüskarlığı ələ almağı bacaran Nina ailədə demək olar ki, sözü keçən birinci adama çevrilib. Hətta Baş katibin rəsmi həyat yoldaşı tibb bacısı qədər öz halal əri ilə yaxın ola bilməyib.

Yuxususluqdan əziyyət çəkən Leonid İliçi psixotrop və yuxu dərmanlarına “otuzduran” və onu bu dərmanlardan asılı vəziyyətə salan da məhz Nina Korovyakova olub. Dozadan artıq verilmiş dərmanlar Baş katibi müvəqqəti sakitləşdirsə də ümumilikdə onun sağlamlığına, xüsusilə də nitqinə ciddi zərbələr vurub. Nina isə Baş katibin çox sevdiyi bu dərmanları Brejnevə çox böyük səxavətlə içirdib.


Bu məsələdən xəbərdar olan Siyasi Büro üzvləri tibb bacısını Brejnevdən ayırmaq istəsələr də mümkün olmayıb. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Andropov məsələnin ciddiliyini nəzərə alaraq Brejnevlə açıq danışmaq qərarına gəlib:

- Leonid İliç, Nina Aleksandrovnanın həyat yoldaşı sizin münasibətləriniz haqqında cəmiyyət arasında xöşagəlməz fikirlər söyləyir. Bəlkə bu münasibətlərə son qoymağın vaxtıdır?

Andropovun daha çox ittiham kimi səslənən bu fikri Brejnevin xoşuna gəlməyib və o qətiyyətlə cavab verib:

- Yura, bu mənim problemimdir, xahiş edirəm məni bir də bu məsələ ilə bağlı narahat etməyəsiniz.

Əsasən bağ evində yaşayan Brejnevin iş otağına icazəsiz giriş-şıxış səlahiyyətini qazanan Nina ilə Baş katibin bütün söhbətləri məhz bu otaqda baş tutub. Sağlamlıq mövzusundan tutmuş sevgi oyunlarına qədər bütün hadisələrin şahidi bu otaq olub.

Leonid İlic istirahətə getdiyi vaxtlarda da Nina ilə birgə olub. Mühafizəçilərin onun ətrafında olmasına baxmayaraq o istirahət dövrünü səmərəli keçirib. Tibb bacısı ilə əylənməkdən, əl-ələ verib sahildə gəzməkdən, süfrə arxasında əlində “Zubrovka” arağı ilə dolu qədəh öz sonuncu məhəbbəti haqqında sevgi dolu nitqindən həzz alıb.

Brejnev öz səxavətini Ninadan əsirgəməyib. Mərkəzi Komitənin Moskvanın mərkəzində yerləşən yaşayış binasında üç otaqlı mənzil, avtomobil, böyük məbləğlərdə pul mükafatları və tibb bacısının hərbçi həyat yoldaşını kapitan rütbəsindən generaladək yüksəlməsi təsadüfi olmayıb. İki sevgili arasında münasibətlər o qədər yaxın olub ki, Brejnev bir çox dövlət məsələlərinin həllində nəinki Ninanın məsləhətlərinə qulaq asıb, hətta onun dediyi kimi qərar çıxarıb. Araşdırmaçıların fikirlərinə görə həmin yaxınlıq dövründə SSRİ-ni iki nəfər idarə edib: Leonid İliç və Nina Aleksandrovna.

Brejnevin ölümündən sonra Nina Korovyakova onu həmişə xoş təəssüratlarla xatırlayıb:

- Leonid İliç əsl kişi idi. Onunla istənilən mövzu haqqında söhbət etmək olardı. Biz uzun-uzadı fikir mübadiləsi aparırdıq, müxtəlif mövzuları müzakirə edirdik. Brejnev daha çox müharibə illərindən danışmağı sevərdi. O illərdən söhbət açanda ilk sevgilisi Tamaranın adını tez-tez çəkərdi və deyərdi ki, mən Tamaraya çox oxşayıram. Qayğıkeş insan idi, ürəyi yumşaq, xarakteri mülayim. Bizim yaxınlığımız çoxlarının xoşuna gəlmirdi. Haqqımızda çox şeylər danışırdılar. Biz isə sadəcə dost idik, bir-birinə etibar edən yaxın dostlar...

 

İlham Cəmiloğlu


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 16:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

29.05.2017, 12:22

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

29.05.2017, 12:04

Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir

29.05.2017, 11:47

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

28.05.2017, 23:18

General Abbasəli Novruzov kimdir? - Komandan haqda BİLMƏDİKLƏRİMİZ

ARXİV