Modern.az

Yol qəzasında həlak olan və xəsarət alan hərbçilərin adları açıqlanıb

Yol qəzasında həlak olan və xəsarət alan hərbçilərin adları açıqlanıb

12 Noyabr 2009, 11:15

Noyabrın 11-də Tərtər rayonu ərazisində, Borsunlu-Hindarx yolunun 41-ci kilometrdə Cəmilli kəndinin yol ayırıcında Müdafiə Nazirliyinə məxsus ZİL markalı hərbi yük maşını "Mersedes" markalı avtomobillə toqquşub.
Ağır yol qəzası zamanı Milli Ordunun 4 əsgəri həlak olub, 1-i isə yaralanıb.

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti həlak olan və yaralanan hərbçilərin adlarını aşıqlayıb. Həlak olanlar Məmmədov Elşən Gündüz oğlu (Tovuz rayonu), Quliyev Orxan Murad oğlu (Ağstafa), Ağayev Pərviz Gülağa oğlu (Masallı), Tağlı Rəşid Cabbar oğludur (Tovuz). Yaralanan hərbçi Vəliyev Yaşar Balabəy oğlu (Zaqatala) hazırda hospitaldadır.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının yaydığı məlumata görə, qəza zamanı 5 hərbçi hadisə yerində həlak olub, 7 hərbci və 3 mülki şəxs yaralanıb.

Məlumatda bildirilir ki, Tərtər rayonunun Cəmilli kəndi ərazisində mülki şəxsə və Müdafiə Nazirliyinə məxsus 2 "ZİL" markalı yük avtomobili toqquşub. Qəzadan sonra Müdafiə Nazirliyinə məxsus avtomobilin arxa təkərləri yanıb.


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir