Modern.az

Azərbaycanda açılmış velosiped zavodunun işinə AYDINLIQ GƏTİRİLDİ

Azərbaycanda açılmış velosiped zavodunun işinə AYDINLIQ GƏTİRİLDİ

İqtisadiyyat

16 May 2017, 09:27

İsmayıllıda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi “İSMA BİKES” velosiped istehsalı zavodu iyundan etibarən tam surətdə fəaliyyətə başlayacaq.

Bu haqda Modern.az-a zavodun baş mühasibi Elnarə Musayeva məlumat verib.

 

Zavod rəsmisi qeyd edib ki, hazırda zavod test rejimində fəaliyyət göstərir:

“Zavodun fəaliyyət göstərmədiyi, bağlandığı barədə məlumatlar tamamilə əsassızdır. Hazırda bir sıra modellər üzərində işlər gedir. Kütləvi şəkildə istehsal növbəti aydan etibarən başlayacaq. Təlimlər keçirilir, işçilər seçilir və azərbaycanlılardan ibarət kadrlarımız hazırlanır”.

E.Musayevanın sözlərinə görə, müəssisə tam olaraq fəaliyyətə başlayandan sonra  müxtəlif növ velosipedlər və əlil arabaları istehsal ediləcək.

Xatırladaq ki, “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışı 2016-cı ilin avqustunda olub. Bəzi KİV-lər zavodun fəaliyyətini dayandırdığını yazıb.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı