Modern.az

Azərbaycanlı vloqqer: “Bu işdə maddi qazanc güdmürəm” - MÜSAHİBƏ

Azərbaycanlı vloqqer: “Bu işdə maddi qazanc güdmürəm” - MÜSAHİBƏ

16 May 2017, 16:05

Xarici ölkələrdə daha çox populyarlıq qazansa da, Azərbaycanda da son vaxtlar vloqqerlərin artdığını görürük. Keçən yazımızda vloqqerlik üçün tövsiyələr versək də, bu dəfə Azərbaycandakı vloqqerləri sizə tanıtmaq qərarına gəldik.


Modern.az saytı  sosial şəbəkələrdə Razza adı ilə tanıdığımız  ilk vloqerimizlə müsahibəni sizlərə təqdim edir.

 

-Bizə qısa da olsa özünüz haqqında danışın..

 

-Adım  Ruslan Mustafayevdir. Litvada doğulmuşam. Orta məktəbi burada oxusam da,  daha sonra İrlandiyaya köçdüyüm üçün bakalvr və magistr təhsilimi həmin ölkədə almışam. Hal-hazırda isə marketinq və satış üzrə işləyirəm.

 

-Ruslan, vloqqer olmağa necə qərar verdiniz?


-Mənim həmişə maraqlı mövzular diqqətimi çəkib. Məktəb vaxtlarımda musiqi ilə məşğul olurdum və özüm üçün kliplər çəkirdim. Sonralar musiqi ilə məşğul ola bilmədim. Öz ixtisasım üzrə işləməyə başladım. Bu müddət ərzində maraqlı nələrsə etmək üçün darıxdığımı başa düşdüm. Bu günlərdə video bloqqerliyin inkişaf etdiyindən xəbərdar idim. Mənim də video çəkməyə həvəsim olduğu üçün video bloqlar hazırlamağa başladım. Və artıq 5 aydır ki, Azərbaycan dilində vloqlar paylaşıram.

 

-Videolarınızın məzmunu nədən ibarətdir? İnsanlara nəyi çatdırmağı hədəfləyirsiniz?

 

-Vloqlar çəkməyə başlayanda əsas məqsədim bildiyim faydalı məlumatları insanlarla bölüşmək idi.  Elə bu istiqamətdə də vloqlar hazırlayıram. Mövzulara gəlincə isə faydalı nələri bilirəm onlar haqqında danışıram. Əyləncəli nələrsə, hər hansı konkret mövzu ola bilər. Bir çox insan başqalarını rəqib gördüyü üçün  bildiklərini insanlarla bölüşmək istəmirlər. Ancaq düşünürəm belə etmək doğru deyil. Məsələn, mən vloqumda iş tapmağın yolları haqqında insanları məlumatlandırıramsa, bu o demək deyil ki, bilənlər bilməyənlərə rəqib olacaq. Çünki, bunu etmək istəyənlər onsuz da o məlumatları araşdırıb tapacaqlar. Mənim elədiyim isə sadəcə insanlara kiçik köməklikdir. Həm də istəmirəm ki, qabiliyyətli insanlar həvəsdən düşsünlər.

-İzləyicilərin rəyləri necədir? Videolarınızdan faydalanırlarmı?

 

-İzləyicilərin çoxusunun rəyi müsbətdi. Faydalandıqlarını bildirirlər. Və bu da məni çox motivasiya edir. Hətta rəylərdə mənim yazdıqlarımı düzəldən  insanlar da var. Belə gözəl insanlara çox minnətdar olduğumu bildirmək istəyirəm. Bu hal məni daha çox videolar çəkməyə həvəsləndirir.

 

-Xoşagəlməz rəylər alırsınızmı? Bu zaman münasibətiniz necə olur?

 

-Əlbəttə. İzləyicilərin bəziləri mənim Azərbaycan dilində yaxşı danışmamağımı irad tuturlar. Ancaq mən onları günahlandırmıram. Çünki çoxusu mənim Azərbaycanda heç vaxt  yaşamadığımı bilmir. Ancaq bəziləri bundan xəbərdardır. Və fəxr elədiklərini bildirirərək qeyd edirlər ki, “Sən Azərbaycanda yaşamadığına baxmayaraq, bu dildə danışa bilirsən və danışığını inkişaf etdirməyə çalışırsan”.

 

-Nədən stimul alırsınız?

 

-Bu videoları çəkmək ürəyimdən gəlir deyə, həvəslə edirəm. Hətta mənə reklam təklifləri də gəlir. Amma mən qəbul etmirəm. Çünki mən bu işi sadəcə insanlara faydalı olsun deyə, edirəm, heç bir maddi qazanc güdmürəm. Hətta çox adam faydalansın deyə, pul ödəyib videolarımı reklam belə, elətdirirəm.

Ancaq mən düşünmürəm ki, bu işdən pul qazanmaq pisdir. Xeyr, sadəcə mən bu işi özümə görə edirəm. Videolarımın insanlara xeyri dəyənədə mən özümü daha yaxşı hiss edirəm. Və bu da məndə stimul yaradır ki, daha çox video hazırlayıb insanlara daha çox faydalı olum.

 

-Sizin  digər vloqqerlərdən fərqiniz nədir?

 

-Başqa vloqqerlərlə özümü müqayisə etmirəm. Düşünürəm ki, hər kəs fərqlidir və özü üçün unikal keyfiyyətləri var. Gərək özümüz olaq. Video hazırlayanda da başqalarını yamsılamağa çalışmayaq. Bunu üçün insan gərək ilk növbədə özünü tapsın və nələrdən zövq aldığından xəbərdar olsun. Elə mən də özümün bildiklərimi insanlara ötürürəm.

 

-Bəs hansı vloqqerləri izləyirsiniz?

 

-Azərbaycanlı vloqqerlərdən dostum Fuad Əliyev (Zehinx), “JustAygun”, “Aless Pro”,  Zahir Kərimov  və Nihad Əliyevi izləyirəm. Bundan başqa da vloqqerlər izləyirəm sadəcə, onlar haqqında da danışsam uzun olar.

 

-Təzə başlayanlar üçün tövsiyələriniz nələr olardı?

 

Elə mən özüm də təzə başlamışam. Ancaq bunu qeyd etmək istəyirəm ki, təzə başlayanlar bilməsinlər ki, biz bu işi biznes üçün yox ürəkdən istəyib edirik.  Vloqqerliyə başlamaq istəyirsinizsə, məqsədiniz pul qazanmaq olmasın. Bu işi gərək ürəkdən istəyib həvəslə edəsiniz. Buna baxmayaraq bu işdən sizin məqsədiniz ancaq pul qazanmaq olarsa siz uğur qazana bilməyəcəksiniz. Çünki bunu izləyiciləriniz dərhal hiss edəcək və siz özünüz də bundan məmnun olmayacaqsınız.

 

 

 

Ülviyyə Alıxanova

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi