Modern.az

İranın vitse-prezidenti də namizədliyini geri götürdü

İranın vitse-prezidenti də namizədliyini geri götürdü

Dünya

16 May 2017, 20:42

İranda prezidentliyə daha bir namizəd namizədliyini geri götürüb. Modern.az APA-ya istinadən xəbər verir ki, İran prezidentin birinci müavini İshaq Cahangiri prezident Həsən Ruhaninin xeyrinə namizədliyini geri götürdüyünü açıqlayıb.

 

Qeyd edək ki, ötən gün prezident H.Ruhaninin əsas rəqiblərindən Məhəmməd Baqir Qalibaf İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə namizədliyini irəli sürmüş İbrahim Rəisinin xeyrinə geri götürdüyünü elan edib.

 

Xatırladaq ki, İranda növbəti prezident seçkiləri cümə günü keçiriləcək. İranın Seçkilər Təşkilatının açıqlamasına görə, ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. Prezident seçkiləri 62 min səsvermə məntəqəsində baş tutacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı