Modern.az

Yaşayış binasındakı partlayışda 3 nəfər öldü

Yaşayış binasındakı partlayışda 3 nəfər öldü

Dünya

16 May 2017, 21:13

Rusiyada yaşayış binasında baş verən partlayışda ölənlərin sayı artıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Volqoqrad şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb. Hadisə nəticəsində 10 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, partlayış nəticəsində binanın bir bloku tamamilə çöküb. Nəticədə 16 mənzil dağılıb. İlkin məlumata görə, hadisəyə təmir işləri aparan fəhlələrin texniki təhlükəsizlik qaydalarını pozması səbəb olub. Hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?