Modern.az

Əqli mülkiyyətimizi qoruya bilirikmi..?

Əqli mülkiyyətimizi qoruya bilirikmi..?

Mədəni̇yyət

26 Aprel 2011, 14:50

Müəllif Hüquqları Agentliyi (MHA) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birlikdə 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” adlı beynəlxalq konfrans keçirib.
Modern.az  xəbər verir ki, konfransda giriş MHA sədri Kamran İmanov çıxış edərək bildirib ki, 26 aprel Beynəlxalq Əqli Mülkiyyət günü kimi hər il qeyd olunur.
“Bugünkü tədbirin adının  “İT-İP : yeni biliklərin  ötürülməsi və qorunması” olması təsadüfi deyil. Biz dünyada iki bir-birinə əks olan prosesi müşahidə edirik. İnformasiya texnologiyası çox qüdrətlə inkşaf edir, digər tərəfdən informasiya texnologiyalarının əksəriyyəti bir əqli mülkiyyətin növü kimi müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları tərəfindən qorunur. Problem ondan ibarətdir ki, həmin informasiya texnologiyası elə bir şərait yaradır ki, əqli mülkiyyət hüquqlarının pozulmasına yeni imkanlar verir. Bu da informasiya texnologiyasının təbii bir prosesidi”.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki,  Azərbaycanda lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasına xüsusi diqqət yetirilir. Xüsusilə dövlət strukturlarında və təhsil müəssisələrində lisenziyalı proqram təminatından istifadə olunur.

“İnternetdə rəqəmli medianın yayılması da son illərin yeniliklərindən biridir. Bu baxımdan internet mühitinin informasiya təhlükəsizliyinin təmin edilməsinə ehtiyac duyulur”.

Konfransda informasiya texnologiyaları və əqli mülkiyyət, yeni biliklər və onların qorunması məsələləri ilə yanaşı, Azərbaycana məxsus olan əqli mülkiyyətin, eləcə də maddi və qeyri-maddi irsin oğurlanması, mənimsənilməsi, bu sahədə tarixi saxtakarlıqlar və uydurmalar geniş müzakirə olunub.

Millət vəkili Qənirə Paşayeva, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu  İdarəsinin rəisi Mikayıl Cabbarov və digər məruzəçilər mövzu ətrafında çıxış ediblər.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır