29 may 2017, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycanın neft gəlirləri yenidən artır - OPEK-in 25 may tarixli iclasından gözləntilər
Azərbaycanın neft gəlirləri yenidən artır - OPEK-in 25 may tarixli iclasından gözləntilər
17.05.2017, 11:16

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Həmin ilin dekabrında Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan 2017-ci ilin birinci yarısı üçün ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Müddət bitdikdən sonra alınacaq qərarlar üçün bütün diqqət mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçiriləcək 172-ci iclasına yönəlib. Vyana öncəsi Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin verdiyi açıqlamalar bazara müsbət təsirlərini göstərməkdədir. Onlar OPEK toplantısında müqavilənin uzadılmasını dəstəkləyəcəkləri mesajlarını veriblər. Hətta səudiyyəli nazir müqavilənin 2017-ci ildən də o tərəfə də uzadıla biləcəyini bəyan edib.

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Vyana toplantısı barədə ehtimal edilən qərarları Modern.az-a açıqlayıb.

 

Neft bazarına ötürülən müsbət siqnallar...

 

O deyib ki, Vyana görüşünə 10 gündən az vaxt qaldığı müddətdə bazara pozitiv siqnallar verilib:

“Bunun nəticəsində neftin qiyməti 52, 5 dollara qədər yüksəlib. Bu əvvəlki qiymətlərlə müqayisədə kifayət qədər normaldır. Çünki neftin 50-55 dollar diapazonunda olması bazar üçün pozitiv xəbərdir, nəinki neftin 40-45dollar dəhlizində yerləşməsi. Neftin qiymətinin birdən-birə artmasına təkan verən səbəblər Səudiyyə Ərəbistanı və Rusiyanın enerji nazirlərinin açıqlamalarıdır. Bunun digər səbəbi ötən dəfə OPEK və qeyri-OPEK ölkələrinin atdığı addımlarla 6 ay-2017-ci il yanvarın 1-dən iyunun sonuna qədər hasilatın azaldılmasını nəzərdə tuturdu. OPEK-in aparıcı ölkəsi Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihvə qeyri-OPEK ölkəsi Rusiyanın enerji naziri Aleksand Novakın “hasilatın azaldılmasının altı ay yox, doqquz ay uzadılmasında maraqlıyıq” açıqlaması bazar iştirakçıları üçün bir sürpriz oldu. Mayın 25-də keçiriləcək növbəti konfransda hansı qərarın çıxarılacağı, hasilatın yenidən azaldılması məsələsinin gündəmdə qalacağı, yaxud hazırkı səviyyədə saxlanacağı bir başqa məsələdir”.

 


“ABŞ hasilatı artırmaqda davam edir”

 

İ.Şaban bildirib ki, Vyana öncəsi bu cür təklifin verilməsi və onun başqa ölkələr tərəfindən dəstək alması neft bazarında tamamilə yeni ab-hava yaradıb:

 

“Nəticədə onun təsirləri artıq hiss olunmaqdadır. Qeyd edim ki, OPEK-in Vyana konfransına qədər bir neçə müxtəlif ölkələrdən belə pozitiv mesajlar davam edərsə, bazarın qızdırılması əməliyyatları davamlı olacaq. Hələlik Vyana konfransında qəbul ediləcək qərar iyulun 1-dən qüvvəyə minəcək. Ona görə də hazırkı addımlar faktiki olaraq bazarın qızdırılmasına yönəlib. 2017-ci il üçün proqnozlara baxsaq, qlobal korrektirovkalar yoxdur. Yəni 4 ayın nəticələrinə görə brent markalı neftin orta qiyməti 53,5 dollardır. Cari il üçün 52 dollar orta qiymət saxlanılır, digər tərəfdən göstərilir ki, ABŞ-da neft hasilatının artımı davam edəcək. İlin sonuna  qədər neft hasilatının 130-200 min barel artması gündəlikdədir. OPEK-in iki ölkəsi-Nigeriya və Liviyada hasilatın artması davam edəcək. Çünki ötən ilin noyabrın 30-da onlara kvota tətbiq edilməmişdi. Ola bilər ki, həmin ölkələr üzrə hasilatın limitləşdirilməsilə bağlı qərar qəbul edilsin. İkinci tərəfdən, OPEK ölkələri üçün yenə hasilatın azaldılması ilə bağlı addım atmaları vacibdir. Çünki hasilat həm OPEK, həm qeyri-OPEK ölkələri çərçivəsində 2017-ci ildə xeyli artıb. Bu artım həcmlərinin müəyyən hissəsini bazardan yığışdırmaq lazımdır ki, həmin ölkələr ötən ilin sonunda qeyd etdikləri kimi neftin qiymətinin ədalətli çərçivədə, yəni 55-60 diapazonunda, yaxud buna uyğun bərqərar etsinlər”.

 

“Azərbaycanın neftdən əldə edilən gəlirləri artıb”

 

Ekspertin sözlərinə görə, Azərbaycan üçün neftin qiymətinin 50 dollardan yüksək olması cari il üçün çox vacibdir:

 

“2017-ci ildə Azərbaycanda ümumi neft hasilatının bir milyon tondan bir qədər çox azalması proqnoz edilir. Bu, hökumətin özünün qəbul etdiyi proqnoz göstəricilərində əksini tapıb. Hasilatın tempi birinci rübdə çox aşağı düşüb və 1 milyon 50 min ton azalıb. Ona görə bizə neftin yüksək qiymətləri lazımdır ki, azalan həcmlərin əvəzini artan neft qiymətlərilə əvəzləyə bilək. Hələ ki, 4 ayın nəticələrinə görə, biz bunu qarşılayırıq. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin qiyməti 40 faiz yüksəkdir. Bunun nəticəsində bu il neftdən əldə etdiyimiz gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur. Ötən il Neft Fonduna daxil olan gəlirlər 5,8 milyard olub. Şist neftdən əldə olunan gəlirlər 5,1 milyarddan artıq idi. O səviyyənin saxlanması üçün neftin qiymətinin 50 dollardan yüksək olması vacibdir. Çünki bizim iqtisadiyyatımız neftdən asılıdır. Bu il bizim həm neft ixracımız, həm də hasilatımız kifayət qədər aşağı düşüb. Vyana razılaşmasına uyğun olaraq, Azərbaycanın bu ilin təkcə aprel ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 781,1 min barel olub”.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 16:06

Azərbaycan Dillər Universitetindən iddialara REAKSİYA: “Şou yaradırlar”

29.05.2017, 16:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

29.05.2017, 12:22

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

29.05.2017, 12:04

Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir

29.05.2017, 11:47

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

ARXİV