Modern.az

Ərdoğanın ABŞ səfəri – Gözləntilər doğruldumu?

Ərdoğanın ABŞ səfəri – Gözləntilər doğruldumu?

17 May 2017, 15:26

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan  ABŞ-a səfəri çərçivəsində Donald Trampla görüş keçirdi. Gözlənilənlərin əksinə olaraq, iki lider arasında görüş 20 dəqiqə davam edib.

 

Mətbuat konfransının ilk dəqiqələrindən Tramp Türkiyə və ABŞ arasında müttəiflik münasibətlərinin qədim tarixi olduğunu diqqətə çatdırmışdı.

“Türkiyə “soyuq müharibə” dövründə kommunizmə qarşı önəmli qala idi”-deyə o vurğulayıb.  Tramp amerikalı general Duqlas Makarturun Koreya müharibəsi zamanı türk əsgərlərini “dünyanın ən güclü əsgərlərindən biri” adlandırmasını da xatırladıb.

 

ABŞ prezidenti İŞİD və PKK ilə mübarizədə Ankaraya dəstək verəcəklərini söyləsə də, YPG-nin adını çəkməyib.

 

Türkiyə prezidenti də öz çıxışında uzun tarixə malik ABŞ-Türkiyə münasibətlərindən danışıb və Trampı bir daha seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

 

Amma görüşün 20 dəqiqə davam etməsi, tərəflərin Suriya məsələsi ilə bağlı konkret açıqlamalar verməməsi əslində, Ərdoğanın ABŞ səfərinin göründüyü kimi uğurlu olmadığının göstəricisidir.

 

Ötən həftə Trampın göstərişi ilə Suriyadakı müxalif qüvvələrə, həmçinin YPG-yə ən müasir silahların verilməsi barədə göstəriş bunu deməyə əsas verir.

 

Bu fonda Trampın PKK-nı terror təşkilatı adlandırması ola bilsin ki, Ankaranın könlünü almaq üçün atılmış diplomatik addım saymaq olar.

 

Amma tərəflərin Türkiyəyə müasir silahların satılması barədə danışması müəyyən məsələlərdə konsensusun olmasına işarədir.

 

Ekpsertlərin fikrincə, tərəflər Fətullah Gülənini ekstradisiyasını da müzakirə etsələrə də, Trampın bu məsələdə səlahiyyətlərinin olmadığı hər kəsə aydındır. Tramp məhkəmə qərarlarına müdaxilə edə bilmədiyi üçün Gülənin Türkiyəyə ekstradisiyası yalnız uzunmüddətli prosesdən sonra həllini tapa bilər.

 

Vüqar İSMAYILOV  

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı