21 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - “Guya Bağırov Şükriyyə xanımın süfrəsinin başında əyləşib, Əhməd Cavadla çörək kəsmişdi” - MÜSAHİBƏ
“Guya Bağırov Şükriyyə xanımın süfrəsinin başında əyləşib, Əhməd Cavadla çörək kəsmişdi” - MÜSAHİBƏ
17.05.2017, 17:26

Bir neçə gün bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası və Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın anadan olmasının 125 illiyi münasibətilə  konfrans keçirildi.

Həmin konfransda nakam taleli şairin həyat və yaradıcılığı haqqında bir çox maraqlı məqamlara toxunulub. Məruzəçilər arasında xüsusi maraq kəsb edən faktlara isə repressiya dövrünün tədqiqatçısı Aslan Kənan toxunub. O, araşdırma istiqamətinə uyğun olaraq, Əhməd Cavadın həbsi və repressiyaya məruz qalması haqqında bir neçə detaldan danışıb.

Qarşıdan Əhməd Cavadın ən böyük amalı olan Xalq Cümhuriyyətinin 99-cu ildönümü gəlir. Bu səbəbdən məruzəsində vaxt etibarilə bəzi məsələlərə toxuna bilməyən araşdırmaçı Aslan Kənanla qısa söhbət etdik.

Ədəbiyyat və Mədəniyyət Arxivinin direktor müavini, Aslan Kənan Modern.az saytı ilə qısa söhbətdə bir daha Əhməd Cavad haqqında maraqlı nüanslara toxundu:

-Aslan müəllim, hamı Əhməd Cavadı 1937-ci il repressiyasının qurbanı kimi yaxşı tanıyır. Lakin onun 1923-cü ildə də həbs olunması faktı ya gizlədilir, ya da başqa səbəbdən deyilmir. Bunu nə ilə əlaqələndirərsiniz?

- Şair Əhməd Cavad  ilk dəfə 1923-cü ildə repressiyaya məruz qalıb. Mən bir neçə gün bundan əvvəl Elmlər Akadmeiyasında baş tutan konfransda da bu barədə danışdım. Lakin məndən sonra çıxış edən professor mənim bu fikrimə etirazını bildirdi. Düzü, həmin an etiraz edənə cavab verməməkdə məqsəd məclisdə əlavə mübahisə yaratmamaq idi...

Qeyd edim ki, Əhməd Cavad haqqında yazan bir çox alimlər, tədqiqatçılar şairin 1923-cü ildə həbs olunduğunu qeyd etsələr də, təəssüflə deməliyəm ki, hələ də bu tarixlə razılaşmayanlar var. Bu da səbəbsiz deyil.

-Səbəbi nədir ki?

-Mən “XX əsrdə repressiyaya məruz qalanlar” kitabımda kemiş Milli Təhlükəsizlik Nazirliyinin arxivində sənədlərlə tanış olarkən orada  Əhməd Cavada aid olan qovluğa da baxmışam. İstintaqı aparan DTK müstəntiqi Klimençin təqdim etdiyi arayışda göstərilib ki, şairin 5 dekabr 1923-cü ildə ilk dəfə həbsinə səbəb M.Ə.Rəsulzadənin silahdaşlarından olan Mirzəbala Məmmədzadənin xaricə qaçırılması olub. Şairin 446 saylı orderlə həmin ilin  dekabr ayının 5-də həbs edildiyi bildirilsə də, onun, noyabr ayının 21-də ilk dindirilməsi olub.
İndi bəziləri şairin 1923-cü ildə həbs olunduğu barədə fikirlərə etiraz edirlər. Qeyd etməliyəm ki, həmin ildə iki dəfə iyun və oktyabr aylarında respublikanın Fövqəladə Komissiyasının əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həbs olunanlar arasında doğrudan da Əhməd Cavadın adı hallanmır.
Amma onu vurğulamaq istəyirəm ki, Əhməd Cavadın həbsi yuxarıda qeyd etdiyimiz aylarda yox, həmin  ilin dekabr ayının 5-ə gerçəkləşdirilib, lakin “qədirbilən” “NKVD”çilər şairin həbsinin vaxtını bir az da irəli çəkərək noyabr ayına salıblar.


-Amma bu da həqiqətdir ki, Əhməd Cavadın sonunu gətirən, onun ailəsini-pərən-pərən salan 1923-cü il yox, 1937-ci il hadisələri oldu. “Qanlı terror”u hansı tarixi şərait yaratdı?

-1920-ci il  repressiyalarından 10 ildən bir qədər vaxt keçdikdən sonra SSRİ məkanında repressiya “İnqilaba qarşı təşkilatın” 457 üzvünü güllələmək barədə Stalinin imzaladığı hökm “Böyük terror”un başlanğıcı oldu. Bu əmr 1937-ci ilin yanvar ayında həyata keçirilən və tarixə “güllələnmə siyahısı” adı ilə düşən Stalinin reaksiyası idi. Bu əmr həmçinin “düşmən siniflərin qalıqlarına qarşı” kütləvi repressiyaların başlanması oldu.

-Hələ Əhməd Cavada keçməzdən qabaq öyrənmək istərdik ki, ilk repressiya qərarları necə həyata keçirilirdi?

-Sovet hökumətinin, onun yaratdığı quruluşun əleyhinə bir söz də deməyən insanları həbs edib, 4 gün  müddətinə güllələyirdilər. Çünki “məhkəmə” SSRİ Xalq Komissarları Soveti Mərkəzi İcraiyyə Komitəsinin 1 dekabr 1934-cü il qərarını əsas götürərək, heç bir şahid dəvət etmədən, hökmə qarşı heç bir şikayət qəbul olunmadan, heç bir əfv ərizəsinə baxılmadan, güllələnmə hökmünü təcili yerinə yetirirdi.

Bu əmrdən sonra Cinayət-prosesial Məcəlləyə dəyişikliklər edildi: istintaq 10 gündən artıq olmayan müddətdə bitməli, ittiham olunana rəy məhkəmədən bir gün əvvəl təqdim edilməli, iş tərəfləri dinləmədən aparılmalı və qərar təxirə salınmadan həyata keçirilməli idi. Bunun nəticəsində də SSRİ-də həmişə riayət edilən qanunlar qüvvədən düşdü və hətta cismani işgəncə də tətbiq edilməyə başladı. Çox zaman qərar çıxmazdan öncə onun icrası yerinə yetirilirdi. Həbs ediləndərin əmlakı dərhal zəbt edilir və ailə üzvləri də qohumluq faktına görə repressiyaya məruz qalırdılar. Hətta uşaqları da türmələrə, düşərgələrə və “xalq düşməni uşaqları üçün uşaq evləri”nə salırdılar. Yeni qurulmuş, əli yüzminlərlə insanın qanına bulaşmış bolşeviklərə də bu cür donoslar hava-su kimi lazım idi. Bu cür donoslar, bolşevik hakimiyyəti dövründə ən tez qəbul edilən, dəhşətli qərarlardan biri olan 00447 əmrinə bir təkan verdi.     

-Aslan müəllim, deyilənə görə, 1937-38-ci illərdə hər 16 dəqiqəyə bir azərbaycanlı öldürülüb. Bu statistika nə dərəcədə doğrudur?

-1937-38-ci illərdə ölkədə repressiyanın ən ağır günləri olub. Bu illərdə “cinayətkarlar”ın sayı o qədər çox idi ki, müstəntiqlər tərəfindən onların istintaq işlərini araşdırmaq yuxarıda qeyd edildiyi vaxtdan da tez başa çatırdı. Və nəticədə 15-20 dəqiqə ərzində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən “cinayətkar” ağır cəzaya məhkum olunur və hökm dərhal yerinə yetirilirdi. Əhməd Cavad da məhz həmin illərdə 15-20 dəqiqəlik hökmün qurbanına çevrilib.


-Qayıdaq, Əhməd Cavada... Şəxsən o, kimlərin təşəbbüsü ilə repressiyanın qurbanı oldu?

 -Əhməd Cavad kimlərin təşəbbüsü ilə repressiyanın qurbanı olub, bu başqa mövzunun söhbəti olsa da, lakin saytlarda gedən bir məsələyə aydınlıq gətirilməsini vacib bilirəm...
Son vaxtlar saytlarda guya Əhməd Cavadın Mir Cəfər Bağırovla dostluğundan da bəzi “ağzıgöyçəklər” dəm vururlar. Qeyd edilir ki, Əhməd Cavad Mir Cəfər Bağırovla bir məktəbdə işləmiş, çörək kəsmişlər. Hətta guya, Bağırov Şükriyyə xanımın açdığı süfrənin başında əyləşib. Sual olunur, əgər doğrudan da Əhməd Cavadla dost idisə, o zaman şair 1923-cü ildə həbs olunarkən niyə Şükriyyə xanım 1921-ci ildən AzFK sədri olmuş, Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə seçilmiş və bu vəzifədə 1927-ci ilin sentyabrın ortalarına kimi AzFK sədri olmaqla yanaşı, Azərbaycan xalq daxili işlər komissarı və Azərbaycan SSR XKS sədrinin müavini vəzifələrini də daşımış Mir Cəfər Bağırova yox, məhz Azərbaycan Xalq Komissarları Sovetinin II sədri olmuş Qəzənfər Musabəyova müraciət etmişdi.

-Məgər Əhməd Cavadla Bağırov repressiyadan əvvəl dost ola bilməzdilər? Burada qeyri-mümkün nə var idi ki?

 -Bağırovun “dostluğu”, özünü Ruhulla Axundova olan münasibətdə göstərdi. Vaxtilə Moskvaya gedərkən Ruhulla Axundovun dəfələrlə qonağı olan, hətta bir yerdə yatan “dostluğun” nəticəsi idi ki, Axundov Bağırovun şəxsi təşəbbüsü ilə təhlükəsizlik idarəsinin zirzəmisində dəhşətli işgəncələrə məruz qaldı. Unutmaq lazım deyil ki, nəinki həmin dövrlərdə, hətta indi zamanda da hər çörək kəsdiyin insan sənə dost ola bilməz. Fransanın məşhur filosovu Pyer Buastın təbirincə desək, “dost ikinci mən deməkdir”.


Elmin Nuri

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistan atəşkəsə əməl etmir   
21.11.2018, 10:12

Ermənistan atəşkəsə əməl etmir  

Təhsil Nazirliyindən direktorun döyülməsinə REAKSİYA: “Cinayət hadisəsidir!”  
21.11.2018, 09:39

Təhsil Nazirliyindən direktorun döyülməsinə REAKSİYA: “Cinayət hadisəsidir!”  

“Memar Əcəmi-2”də HADİSƏ: Maşinist ölümdən son anda qurtuldu
21.11.2018, 09:25

“Memar Əcəmi-2”də HADİSƏ: Maşinist ölümdən son anda qurtuldu

Dikdabanla maşın sürən xanım sürücülər cərimələnir? - AÇIQLAMA
21.11.2018, 09:15

Dikdabanla maşın sürən xanım sürücülər cərimələnir? - AÇIQLAMA

Azərbaycanda  kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb
21.11.2018, 09:08

Azərbaycanda  kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb

Müşfiqə məxsus olduğu qeyilən qalıqlar araşdırılır - Akademik: “İşçi qrupun üzvləri yenidən toplaşacaq”
21.11.2018, 09:03

Müşfiqə məxsus olduğu qeyilən qalıqlar araşdırılır - Akademik: “İşçi qrupun üzvləri yenidən toplaşacaq”

Dünənin, bu günün və sabahın partiyası   
21.11.2018, 08:56

Dünənin, bu günün və sabahın partiyası  

Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı - NƏTİCƏLƏR
21.11.2018, 08:44

Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı - NƏTİCƏLƏR

Leyla Əliyeva Moskvada “Yeddi gözəl” sərgisinin açılışında - FOTOLAR
21.11.2018, 08:27

Leyla Əliyeva Moskvada “Yeddi gözəl” sərgisinin açılışında - FOTOLAR

Azərbaycan məktəblərində payız tətili başa çatdı
21.11.2018, 08:22

Azərbaycan məktəblərində payız tətili başa çatdı

Manat və dolların bugünkü məzənnəsi dəyişir?
21.11.2018, 08:21

Manat və dolların bugünkü məzənnəsi dəyişir?

Azərbaycan millisi böyük hesabla məğlub oldu - YENİLƏNİB
21.11.2018, 01:35

Azərbaycan millisi böyük hesabla məğlub oldu - YENİLƏNİB

Şəkidə gəlin siçan zəhəri içərək intihara cəhd etdi
21.11.2018, 00:37

Şəkidə gəlin siçan zəhəri içərək intihara cəhd etdi

“Satqın! Cəzanı alacaqsan!” – Jurnalisti öldürənlərin səs yazısı yayıldı
21.11.2018, 00:17

“Satqın! Cəzanı alacaqsan!” – Jurnalisti öldürənlərin səs yazısı yayıldı

Direktorun sağlamlığına ciddi xəsarət yetirilib – FOTOLAR
20.11.2018, 23:51

Direktorun sağlamlığına ciddi xəsarət yetirilib – FOTOLAR

“Mercedes” “Kamaz”a çırpıldı
20.11.2018, 23:29

“Mercedes” “Kamaz”a çırpıldı

ABŞ-dan  daha 2 Rusiya şirkətinə qarşı sanksiya
20.11.2018, 23:12

ABŞ-dan  daha 2 Rusiya şirkətinə qarşı sanksiya

Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlandı
20.11.2018, 23:00

Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlandı

Tramp Ər-Riyadı gözləyən sanksiyalardan danışdı
20.11.2018, 22:44

Tramp Ər-Riyadı gözləyən sanksiyalardan danışdı

Bakıda 26 yaşlı gəlin itkin düşüb
20.11.2018, 22:31

Bakıda 26 yaşlı gəlin itkin düşüb

Polşa mediası İlham Əliyevin Minsk səfərindən yazdı
20.11.2018, 22:14

Polşa mediası İlham Əliyevin Minsk səfərindən yazdı

AMEA-da yataqxanaya ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var
20.11.2018, 22:01

AMEA-da yataqxanaya ehtiyacı olan 500-ə yaxın magistr və doktorant var

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb
20.11.2018, 21:42

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb

Avropa İttifaqı Gürcüstana 231 milyon avro ayırır
20.11.2018, 21:27

Avropa İttifaqı Gürcüstana 231 milyon avro ayırır

Əfqanıstanda nikah sarayında partlayış
20.11.2018, 20:59

Əfqanıstanda nikah sarayında partlayış

Neftin qiyməti 64 dollardan da aşağı düşdü
20.11.2018, 20:44

Neftin qiyməti 64 dollardan da aşağı düşdü

ABŞ-ın Somaliyə hava zərbəsi zamanı 37 nəfər öldü
20.11.2018, 20:30

ABŞ-ın Somaliyə hava zərbəsi zamanı 37 nəfər öldü

Bakıda tanınmış aktyor məktəb direktorunu döydü
20.11.2018, 20:14

Bakıda tanınmış aktyor məktəb direktorunu döydü

Mənzil bazarında bahalaşma
20.11.2018, 20:02

Mənzil bazarında bahalaşma

Prezident FHN Akademiyasına yeni rəis təyin edib - YENİLƏNİB
20.11.2018, 19:48

Prezident FHN Akademiyasına yeni rəis təyin edib - YENİLƏNİB

İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur
20.11.2018, 19:37

İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur

Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur
20.11.2018, 19:26

Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur

Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var?
20.11.2018, 19:07

Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var?

Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib
20.11.2018, 18:54

Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirilib

Nikah sarayında PARTLAYIŞ - 40 ölü
20.11.2018, 18:46

Nikah sarayında PARTLAYIŞ - 40 ölü

“Bloomberg”: Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir
20.11.2018, 18:33

“Bloomberg”: Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir

Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb
20.11.2018, 18:21

Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıb

“Facebook” və “Instagram”da problemlər yaranıb
20.11.2018, 18:15

“Facebook” və “Instagram”da problemlər yaranıb

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir
20.11.2018, 17:51

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA
20.11.2018, 17:49

Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA

Nazir: “Onların pensiyası 35 faiz artacaq”   
20.11.2018, 17:44

Nazir: “Onların pensiyası 35 faiz artacaq”  

Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
20.11.2018, 17:34

Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir

31 DOST mərkəzi yaradılacaq
20.11.2018, 17:19

31 DOST mərkəzi yaradılacaq

Əli Əhmədov: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük islahatlar keçirilir”
20.11.2018, 17:15

Əli Əhmədov: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük islahatlar keçirilir”

“Ermənistan Dilqəmlə Şahbazı qaytarmaqla aktivinə xeyli xallar yaza bilər” - Zahid Oruc
20.11.2018, 17:10

“Ermənistan Dilqəm Şahbazı qaytarmaqla aktivinə xeyli xallar yaza bilər” - Zahid Oruc

İnam Kərimov Tərtərdə vətəndaşları qəbul edəcək
20.11.2018, 17:07

İnam Kərimov Tərtərdə vətəndaşları qəbul edəcək

Rövşən Rzayev məcburi köçkünləri dinlədi
20.11.2018, 17:04

Rövşən Rzayev məcburi köçkünləri dinlədi

Türkiyəli deputat NATO PA-nın vitse-prezidenti seçilib
20.11.2018, 17:01

Türkiyəli deputat NATO PA-nın vitse-prezidenti seçilib

Şagirdlərin və müəllimin zəhərlənməsi xəbəri ilə bağlı rəsmi AÇIQLAMA
20.11.2018, 16:59

Şagirdlərin və müəllimin zəhərlənməsi xəbəri ilə bağlı rəsmi AÇIQLAMA

2.5 ton heyvan cəmdəyi məhv edildi
20.11.2018, 16:58

2.5 ton heyvan cəmdəyi məhv edildi

ARXİV