Modern.az

Futbol tarixinin ən yaddaqalan məqamları... - MARAQLI  

Futbol tarixinin ən yaddaqalan məqamları... - MARAQLI   

Mədəni̇yyət

17 May 2017, 21:00

Milyonlarla insanın xəstəlik dərəcəsində azarkeşlik etdiyi oyunlardan biri futboldur və bu oyun yaddaşlarda həm də maraqlı anları ilə qalır. Təbii ki, futbol tarixində yaddaqalan məqamlar az olmayıb və bu gündən sonar da olacaq. 


Modern.az saytı futbol tarixinə yazılan maraqlı faktları təqdim edir.

 

İlk rəsmi futbol qaydaları 1863-cü ilin dekabrın 8-də İngiltərədə qəbul edilib. Bu tarixdən etibarən dünyada futbolun tarixi başlayır.

2002-ci ildə keçirilən futbol üzrə dünya çempionatının final oyununu televiziya vasitəsi ilə 1 milyard 100 milyon azarkeş izləyib.

 

Məhz həmin dünya çempionatında İndoneziyanın Sumarta adasındakı həbsxanada növbədə olan əməkdaşlar Braziliya və Belçika yığmalarının oyununa o qədər diqqət kəsiliblər ki, 48 məhbusun həbsxanadan qaçmasını belə hiss etməyiblər.

 

Braziliyalı müdafiəçi Pineyronun adını dünyanın ən çox qol vuran futbolçularının siyahısına salıblar. Amma öz qapısından keçirdiyi toplara görə. Tək bir futbol  mövsümündə o öz komandasına 10 qol vurub. Onu hətta hücumçu cinahına keçirəndə də öz qapıçılarını unutmayıb. 25 illik yubileyində Pineyroya komanda yoldaşları üzərində “rəqib komandanın qapısını tanı” sözləri həkk olunmuş kompas bağışlayıblar.

 

İtaliyalı qapıçı Qrosso oyun zamanı hakimə eynək taxmağı məsləhət gördüyünə görə hakim qırmızı kart göstərərək qapıçını oyundan çıxarıb. Böyük mübahisəyə səbəb olan bu hadisə araşdırılanda məlum olub ki, Qrosso optik eynəklər mağazasının sahibidir və o, hakimin gözdən zəif oldiğunu bilərək ona bu tövsiyəni verib. O da məlum olub ki, həqiqətən də hakimin görmə qabiliyyəti zəifdir. Son nəticədə Qrosso öz mağazasından hakimə eynək bağışlayıb, hakim isə bunun müqabilində qapıçını “əfv” edib.

 

1969-cu ildə dünya çempionatının seçmə oyunlarında Salvador yığmasının Honduras komandasına məğlubiyyəti iki ölkə arasında altı günlük müharibəyə səbəb olub.

 

Məşhur Lev Yaşin həm də xokkey qapıçısı olub. 1953-cü ildə o xokkey üzrə SSRİ kubokunun və SSRİ çempionatının bürünc medalının sahibi olub. Onu xokkey üzrə dünya çempionatında iştirak etməyə dəvət edəndə Lev Yaşin imtina edərək futbolda qalacağını qərarlaşdırıb.

 

1976-cı ilin martın 20-də “Aston villa”nın oyunçusu Kris Nikoll “Lester siti” ilə qarşılaşmada 2 top rəqib komandanın qapısından, 2 top isə öz qapısından keçirib. Beləliklə oyun 2:2 hesabı ilə sona çatıb. 

 

Vatikan dövlətində futbol komandaları idarələrin adına müvafiq qoyulur. Məsələn: “Kitabxana”, “Bank”, “Muzey”, “Poçt” və s.

 

1995-ci ildə futbol tarixində ən tez qol vurulub. “Adeliada Siti” ilə “Sidney Yunayted” qarşılaşmasında oyun başlanandan 3.6 saniyə sonra avstraliyalı Demen Mori rəqib komandanın qapısından top keçirib.

 

Ronaldonun keçmiş həyat yoldaşı 1995-ci ildə top oynatmaq üzrə rekord göstəriciyə nail olub. Belə ki, o fasiləsiz olaraq 9 saat 6 dəqiqə ərzində topu ayağı, sinəsi və başı ilə vuraraq yerə düşmədən havada saxlaya bilib.

 

1973-74-cü il futbol mövsümündə Şotlandiyanın “Inverness Testl” və “Falkirk” komandalarının oyunları hava şəraitinin pis olması nəticəsində 29 dəfə təxirə salınıb.

 

Norveç yığması braziliyalılarla oynayan komandaların arasında yeganə komandadır ki, məğlubiyyətə uğramayıb. Dörd görüşdə norveçlilər 2 dəfə qələbə qazanıb, 2 oyun isə heç-heçə ilə nəticələnib.

 

1998-ci ildə Konqo Demokratik Respublikasında futbol zamanı çaxan şiddətli ildırım nəticəsində qonaq komandanın 11 futbolçusu həlak olub, 30 nəfər azarkeş isə yanıq xəsarətləri alıb.

 

Kamerunda tələbələr arasında futbol çempionatı zamanı oyun başlamazdan əvvəl komandaların birinə 3:0 hesabı ilə məğlubiyyət yazılıb. Səbəbi isə oyun başlamazdan əvvəl komandanın kapitanlarından birinin digər kapitanla əl verib görüşmək əvəzinə soyunub lüt arxasını göstərmək olub.

 

Futbol tarixində ən böyük məğlubiyyət 149:0 hesabı ilə nəticələnib. Madaqaskar çempionu olan “AS Adema” ilə “Stade Olimpique” komandaları arasında olan görüş məhz bu hesabla yekunlaşıb. Bu rekordun əldə olunmasında məğlub olan komanda özü şərait yaradıb. Hakimin ədalətsizliyinə etiraz əlaməti olaraq oyunçular öz qapılarından top keçirməyə başlayıblar.

 

İngiltərəli futbol hakimi Melvin Silvestp oyun zamanı özünə qırmızı kart göstərərək meydançanı tərk edib. Səbəbi isə hücumçu Riçard Kerdin tez-tez qəsdən onu itələməsi olub. Belə ki, əsəbləri tarıma çəkilən hakim dözə bilməyərək iki güclü zərbə ilə hücumçunu futbol meydançasına sərib və sonra özünə qırmızı kart göstərib.

 

İspaniyada ikinci liqanın “San İsidro” və “Olimpiko Karrante” komandaları arasında oyunun bitməsinə 3 dəqiqə qalmış hər iki komandanın oyunçuları hakimin oyunu aparmasından narazılığını bildiriblər və hətta kobudluq etməyə başlayıblar. Hakim öz təmkinini pozmayaraq meydançada olan 22 oyunçuya qırmızı kart göstərərək meydançanı tərk etməyi xahiş edib.

 

Arzu edək ki, Azərbaycanın futbol yığması da maraqlı və qeyri-adi qələbələrlə futbol tarixiniə öz imzasını atsın.

 

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi