Modern.az

Terrorçular Əfqanıstan televiziyasına hücum etdi: 6 ölü

Terrorçular Əfqanıstan televiziyasına hücum etdi: 6 ölü

Dünya

18 May 2017, 00:59

Əfqanıstanda silahlılar dövlət televiziyasının binasına hücum edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Cəlalabad şəhərində qeydə alınıb. Məlumata görə, hadisə nəticəsində 4-ü televiziya əməkdaşı olmaqla 6 nəfər ölüb. Hadisə zamanı daha 18 dinc sakin yaralanıb.

Hadisə yerinə cəlb edilən Əfqanıstan təhlükəsizlik qüvvələri dörd saatlıq döyüşdən sonra silahlıları zərərsizləşdirib. Məlumata əsasən, hücumu həyata keçirən üç nəfərdən 2-si öldürülüb, daha 1-i yaxalanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir