Modern.az

Ermənistan parlamentinin ilk iclasını Həsənov aparacaq - YENİLƏNİB

Ermənistan parlamentinin ilk iclasını Həsənov aparacaq - YENİLƏNİB

Dünya

18 May 2017, 10:50

Ermənistan parlamentinin yeni spikeri Ara Babloyan seçilib. Onun namizədliyini prezident Serj Sarkisyan irəli sürüb. Vitse-spiker postuna Arpine Ovanisyan və Eduard Şarmazanov seçiliblər.

 

Modern.az xəbər verir ki, parlamentdə daimi komissiyaların sayı 12-dən 9-a endirilib. Onlardan 6-na Respublika Partiyası rəhbərlik edəcək.

 

***

 

Ermənistanın 6-cı çağırış parlamenti mayın 18-də öz işinə başlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ilk iclas ən yaşlı deputatın, miliiəytcə yezdi kürdü olan Knyaz Həsənovun başçılığı ilə açılacaq.

 

İclasda prezident Serj Sarkisyan və bütün ermənilərin katolikosu II Qaregin iştirak edəcək.

 

Deputatların andiçməsindən sonra parlament sədri, vitse-spikerlər və komissiya sədrlərinin seçkisi olacaq. Yeni vitse-prezidentlərdən biri müxalifət nümayəndəsi olacaq.

 

Həmçinin, ilk iclasda Ermənistan hökuməti istefa verəcək, 10 gün ərzində prezident yeni təyinatlar edəcək və baş nazir seçildikdən sonra 20 gün ərzində yeni nazirlər kaboneti təsdiqlənəcək.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır