Bu gün Laçının Ermənistan tərəfindən işğal olunmasının 25-ci ili tamam olur.
1992-ci il may ayının 18-də Laçını işğal edən Ermənistan rayonu qarət və talana məruz qoyub.
İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz dədə-baba yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb.
Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi viran edilib.
Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşdırma aparır.
Modern.az saytının Laçının işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsindəki müsahibi Milli Məclisin laçınlı deputatı Mahir Abbaszadədir.
Mahir Abbaszadə 1975-ci ildə Laçının Güləbürd kəndində doğulub. O, 1992-ci ilin may ayında 10-cu sinif şagirdi olub.
- 1992-ci ilin mayında Laçının işğal olundu. Həmin dövrləri Mahir Abbaszadə necə xatırlayır?
- 1992-ci ilin may ayında ailəmizlə birgə Laçında yaşayırdıq. Həmin il 10-cu sinifdə oxuyurdum. O zamanlar orta məktəb 10 illik idi. Mayın 18-də Laçın işğal olunduğundan attestatımızı ala bilmədik. Çünki attestatı iyunda verirdilər. Təhsilimizin iki ayını başqa rayonlarda məskunlaşmaqla davam etdirdik. Sonralar Bakı Dövlət Universitetinə daxil oldum.
Onu da deyim ki, Laçının işğalı birbaşa Şuşanın işğalı ilə əlaqəli olub. Laçın Ermənistanla 120 km sərhəd bölgədə yerləşir. Laçının ələ keçirilməsi prosesinə 1988-ci ildən başlanılmışdı. Həmin vaxt Laçın ermənilər üçün çox böyük əhəmiyyət kəsb edirdi. Səbəb o idi ki, Dağlıq Qarabağ ərazisindən Ermənistana ən yaxın rayon Laçın idi. Laçında “Qayğı” qəsəbəsi vardı. Ermənilər də hər vəchlə o qəsəbəni ələ keçirməyə çalışmaqla Ermənistanla Dağlıq Qarabağ arasında olan yolu açmaq istəyirdilər. Məqsəd bundan ibarət idi. Çünki o vaxta qədər bu əlaqə hava nəqliyyatı üzərindən mövcud idi. Azərbaycan ordusunun səyi nəticəsində o zamanlar hava nəqliyyatının da qarşısı alınmışdı. Demək olar ki, Ermənistanın Dağlıq Qarabağa müdaxiləsi bloklanmışdı. Bu da Qarabağa toplaşan erməni seperatçılarının silah-sursatla, ərzaq məhsulları ilə təmin olunmasında böyük problem yaratmışdı. Ona görə də Laçının alınması ermənilər üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Buna o zaman nail oldular ki, Şuşa işğal olundu. Bu da Laçının işğalını tezləşdirdi.
- Həmin vaxtlarda məktəb yaşlı uşaqlar əlinə silah alıb Laçının müdafiəsinə qalxmaq istəyiblər. Maraqlıdır, o dövrü necə xatırlayırsız? Məktəb yaşlı uşaqların Laçının müdafiəsinə qoşulmağa icazə verilirdimi?
- Doğru qeyd etdiniz. O proseslərin şahidi olanlardan biriyəm. 10-cu sinifdə oxuyan uşaqlar da döyüşmək əzmində idilər. Analiz edin, görün, onların gücü nəyə çata bilərdi?! Əvvəla, yaşımız az olduğundan silahla döyüşməyə icazə yox idi. Ona görə də “Qrad”ların mərmilərinin boşaldılması, ərzaq məhsullarının postlara daşınması, kənardan gələn əsgərlərə bələdçilik edilməsi kimi işləri biz məktəblilər icra edirdik.
- Şuşa işğal olunandan sonra Turşsudan gələn qüvvələr Laçının müdafiəsinə qalxmadı. Bu, orduda bir çaşqınlıq yaratmışdı. Ordudakı xəyanətin detalları nədən ibarət idi?
- Laçının Güləbürd kəndindənəm. Kəndimiz Laçın tutulan ərəfədə işğal olunmadı. Bizim kəndimiz 1993-cü ilin avqustunda Qubadlı ilə eyni vaxtda işğal tarixini yaşadı. Şuşadan çıxan silahlı dəstələrin hamısını gözlərimlə görmüşəm. O şəxslər ki Şuşadan gəlmişdilər, onlar heç kəsə tabe olmayan qüvvələr idi. Onlar Laçından Bakıya getdilər. Onları saxlamaq, döyüşə cəlb etmək çətin məsələ idi. O insanlar sanki döyüşmək istəmirdilər. Digər tərəfdən, onların Laçından keçib getməsi insanlarda ruh düşkünlüyünə səbəb olmuşdu. Əgər ordu torpağı qoyub gedirsə, sadə, əliyalın xalq torpağını müdafiə edə bilməzdi. Sonradan bildik ki, bunlar Bakıda hakimiyyət uğrunda aparılan mübarizəyə cəlb olunmuşdu. O zamanlar orta məktəb şagirdi idim. Sadəcə, eşidirdik ki, o zamankı müdafiə naziri Rəhim Qazıyevdən heç bir xəbər yoxdur. Bilinmirdi ki, hardadır. Təbii ki, bunları eşidirdik. Şahidi olduğum digər bir məsələ o idid ki, ağır tankların, “Qrad”ların üstündə Azərbaycan əsgəri döyüş bölgələrini qoyub geri çəkilirdi. Bir tərədən də, əsgərlərin qaçdığını görən erməni birləşmələri şəhəri top atəşinə tutmağa başlamışdılar. Təəssüf ki, Laçın həm Qarabağ istiqamətindən, həm də Ermənistan tərəfdən top atəşinə tutulurdu. Bununla da Laçın işğal olundu.
- Laçının müdafiəsinə qalxan keçmiş döyüşçülərin narazı qaldığı bir məqam da reportyor Çingiz Mustafayevlə bağlıdır. Söylənilir ki, onun Laçınla bağlı lentə aldığı bəzi kadrlar o zamankı döyüşçülər üçün böyük rəzalətdir. Laçının müdafiəsində qəhrəmanlıq göstərmiş döyüşçülər 25 ildir xalqa xəyanətkar kimi təqdim olunur. Siz o məqamları necə xatırlayırsız?
- Laçından olan döyüşçülər son damla qanlarına qədər döyüşüblər. Bu gün Laçının 303 şəhidi var. Onların 5-i Milli Qəhrəmandır. Bu şəhidlər Laçın, Horadiz, Qubadlı, Ağdam uğrunda döyüşmüş əsgərlərdir. Çingiz Mustafayevin çəkdiyi kadrların bir hissəsi Murt deyilən yerdə, digər bir hissəsi isə “Qayğı” qəsəbəsində çəkilib. “Qayğı” qəsəbəsi Ermənistandan Dağlıq Qarabağa gedən ən yaxın yoldur. Ordan yaxın məsafə yoxdur. Çingiz Mustafayev də hər ikisində çəkiliş aparıb. Çingiz Mustafayevə qoşulub qaçan qoşunları geri çağıranlar, onların qabağını kəsənlər Laçından olan döyüşçülərdir. Onların çoxunun adını bilirəm. O insanlar son damla qanına qədər Laçının müdafiəsində fədakarlıq göstəriblər. Çingiz Mustafayevin göstərdiyi kadrlarda indiyə qədər bir yanlışlıq var. Yanlışlıq ondan ibarətdir ki, kadrları izləyən tamaşaçı elə bilir ki, qaçan qoşun dəstələri Laçından olan əsgərlərdir. Halbuki, Çingiz Mustafayevin apardığı çəkilişlər Şuşadan qaçan qoşunların qarşısını kəsərkən baş verib. Həmin çəkilişlər o dövrə təsadüf edirdi. Daha sonra Çingiz Mustafayev əsəblərinə hakim kəsilə bilmir və əsgərləri söyməyə başlayır.
- 1992-ci ildə Laçında ərzaq problemi var idi?
- Əhalinin ərzaq sarıdan ciddi problemi yox idi. Çünki Laçında heyvandarlıq yaxşı inkişaf etmişdi. Hamı şəxsi təsərrüfatından faydalana bilirdi. Əsgərlərin qida məsələsinə gəlincə, bunu Müdafiə Nazirliyi həyata keçirirdi. Laçında xidmət edən əsgərlərin 80%-i Laçından olan yerli əhali idi. O zamanlar həm Qarabağa Xalq Yardım Komitəsinin xətti ilə, həm də rayon rəhbərliyinin köməyi ilə döyüşçülərin qida məsələsi həll edilirdi. Həmin dövrdə silahla bağlı problem yaşansa da, ərzaqla bağlı bunu söyləmək olmazdı.
- Rayonun işğalı ərəfəsində o zamankı AXC fəalı Etibar Məmmədov bir qrup tələbə ilə Laçının müdafiəsinə qoşulub. Hətta OMON-un komandiri Rövşən Cavadov da Laçında olub. Onlar Laçının müdafiəsində necə vuruşmuşdular?
- Güləbürd kəndinin qarşısında bir körpü var. O körpünün yanında da “Bayatı pavilyonu” vardı ki, o da məşhur Sarı Aşığın adına qoyulmuşdu. Həmin vaxtlarda hamımız təşviş içində idik. Hadisələri müşahidə edirdik. Mən də həmin pavilyonun yanında idim. O zaman Laçına gələnlər arasında o zamankı daxili işlər naziri Tahir Əliyevi, Etibar Məmmədovu, Rövşən Cavadovu görmüşdüm. 5 sarı avtobusda OMON-çular, onların ardınca Etibar Məmmədov, Arif Hacıyev gəldi. Bizim kəndin qarşısından keçərək Laçın istiqamətində hərəkət edirdilər. Etibar Məmmədov Bakıdan tələbə heyəti ilə gəlmişdi. Həmin tələbələr də Laçının müdafiəsinə qoşulmuşdular.
Amma Rəhim Qazıyevin Laçına gəlməsini görməmişəm. Bir daha xatırladım ki, həmin vaxt 10-cu sinifdə oxuyurdum. Ona görə də müsahibədə məktəb illəri zamanı gördüklərimi, müşahidə etdiklərimi danışdım.
İndi Qarabağ məsələsi qlobal problemə çevrilib. Dünyanın super gücləri imkan versələr, Azərbaycan Ordusu bir gündə torpaqlarımızı işğaldan azad edər. Mən Qarbağla bağlı danışıqlar prosesini beynəlxalq müstəvidə öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupununun fəaliyyətini də elə dünyanın super güclərinin fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirirəm.
Ona görə də hesab edirəm ki, işğal altında olan torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə özümüz azad edəcəyik. Son sözü Azərbaycan əsgəri deyəcək.
Namidə BİNGÖL
Dünyanın ən varlı terror təşkilatı məlum oldu
Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı
Putin Sarkisyana zəng vurub
Nalbandyan Moskvaya getdi
Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
Azərbaycan nefti yenə bahalaşdı
Azərbaycanlı professor beynəlxalq mükafata layiq görülüb
Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
Avropanın ən çox və ən az borcu olan ölkələri bunlardır
FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
Ermənistanda hakim koalisiya dağılıb
Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib
Bakının bu hissələrində sabah qaz olmayacaq
Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi
Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
Zakir Həsənov Çinə səfər edəcək
Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
PA işçiləri üçün tikilən yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək
Bu yolda hərəkət məhdudlaşdırılacaq
DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
Yerevanın mərkəzinə zirehli texnika yeridildi
Manatın sabahkı MƏZƏNNƏSİ
“Onlar Prezidentin etimadını doğruldacaqlar”
Bakıda daha bir piyada ölümü
İlham Əliyev Ankaradan dünyaya mesaj verdi
Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi
Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA
Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB
Şərh yaz