20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - Laçının deputatı: “Mərmilərinin boşaldılması, postlara ərzaq daşınması, əsgərlərə bələdçiliyi biz məktəblilər icra edirdik”
Laçının deputatı: “Mərmilərinin boşaldılması, postlara ərzaq daşınması, əsgərlərə bələdçiliyi biz məktəblilər icra edirdik”
18.05.2017, 11:24

Bu gün Laçının Ermənistan tərəfindən işğal olunmasının 25-ci ili tamam olur.

1992-ci il may ayının 18-də Laçını işğal edən Ermənistan rayonu qarət və talana məruz qoyub.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz dədə-baba yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb.

Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi viran edilib.

Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.

İşğalçı dövlət beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşdırma aparır.

Modern.az saytının Laçının işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsindəki müsahibi  Milli Məclisin laçınlı deputatı Mahir Abbaszadədir.

Mahir Abbaszadə 1975-ci ildə Laçının Güləbürd kəndində doğulub. O, 1992-ci ilin may ayında 10-cu sinif şagirdi olub.
 

- 1992-ci ilin mayında Laçının işğal olundu. Həmin dövrləri Mahir Abbaszadə necə xatırlayır?

- 1992-ci ilin may ayında ailəmizlə birgə Laçında yaşayırdıq. Həmin il 10-cu sinifdə oxuyurdum. O zamanlar orta məktəb 10 illik idi.  Mayın 18-də Laçın işğal olunduğundan attestatımızı ala bilmədik. Çünki attestatı iyunda verirdilər. Təhsilimizin iki ayını başqa rayonlarda məskunlaşmaqla davam etdirdik. Sonralar Bakı Dövlət Universitetinə daxil oldum.

Onu da deyim  ki, Laçının işğalı birbaşa Şuşanın işğalı ilə əlaqəli olub. Laçın Ermənistanla 120 km  sərhəd bölgədə yerləşir. Laçının ələ keçirilməsi prosesinə 1988-ci ildən başlanılmışdı. Həmin vaxt Laçın ermənilər üçün çox böyük əhəmiyyət kəsb edirdi. Səbəb o idi ki, Dağlıq Qarabağ ərazisindən Ermənistana ən yaxın rayon Laçın idi. Laçında “Qayğı” qəsəbəsi vardı. Ermənilər də hər vəchlə o qəsəbəni ələ keçirməyə çalışmaqla Ermənistanla Dağlıq Qarabağ arasında olan yolu açmaq istəyirdilər. Məqsəd bundan ibarət idi. Çünki o vaxta qədər bu əlaqə hava nəqliyyatı üzərindən  mövcud idi. Azərbaycan ordusunun səyi nəticəsində o zamanlar hava nəqliyyatının da qarşısı alınmışdı. Demək olar ki, Ermənistanın Dağlıq  Qarabağa müdaxiləsi bloklanmışdı. Bu da Qarabağa toplaşan erməni seperatçılarının silah-sursatla, ərzaq məhsulları ilə təmin olunmasında böyük problem yaratmışdı. Ona görə də Laçının alınması ermənilər üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Buna o zaman nail oldular ki, Şuşa  işğal olundu. Bu da Laçının işğalını tezləşdirdi.


- Həmin vaxtlarda məktəb yaşlı uşaqlar əlinə silah alıb Laçının müdafiəsinə qalxmaq istəyiblər. Maraqlıdır, o dövrü necə xatırlayırsız? Məktəb yaşlı uşaqların Laçının müdafiəsinə qoşulmağa icazə verilirdimi?

- Doğru qeyd etdiniz. O proseslərin şahidi olanlardan biriyəm. 10-cu sinifdə oxuyan uşaqlar da döyüşmək əzmində idilər. Analiz edin, görün, onların gücü nəyə çata bilərdi?! Əvvəla, yaşımız az olduğundan silahla döyüşməyə icazə yox idi. Ona görə də “Qrad”ların mərmilərinin boşaldılması, ərzaq məhsullarının postlara   daşınması, kənardan gələn əsgərlərə bələdçilik edilməsi kimi işləri biz məktəblilər icra edirdik.

- Şuşa işğal olunandan sonra Turşsudan gələn qüvvələr Laçının müdafiəsinə  qalxmadı. Bu, orduda bir çaşqınlıq yaratmışdı. Ordudakı xəyanətin detalları nədən ibarət idi?

- Laçının Güləbürd kəndindənəm. Kəndimiz Laçın tutulan ərəfədə işğal olunmadı. Bizim kəndimiz 1993-cü ilin avqustunda Qubadlı ilə eyni vaxtda işğal tarixini yaşadı. Şuşadan çıxan silahlı dəstələrin hamısını gözlərimlə görmüşəm. O şəxslər ki Şuşadan gəlmişdilər, onlar heç kəsə tabe olmayan qüvvələr idi. Onlar Laçından Bakıya getdilər. Onları saxlamaq, döyüşə cəlb etmək çətin məsələ idi. O insanlar sanki döyüşmək istəmirdilər. Digər tərəfdən, onların Laçından keçib getməsi insanlarda ruh düşkünlüyünə səbəb olmuşdu. Əgər ordu torpağı qoyub gedirsə, sadə, əliyalın xalq torpağını müdafiə edə bilməzdi. Sonradan bildik ki, bunlar Bakıda hakimiyyət uğrunda aparılan mübarizəyə cəlb olunmuşdu. O zamanlar orta məktəb şagirdi idim. Sadəcə, eşidirdik ki, o zamankı müdafiə naziri Rəhim Qazıyevdən heç bir xəbər yoxdur. Bilinmirdi ki, hardadır. Təbii ki, bunları eşidirdik. Şahidi olduğum digər bir məsələ o idid ki, ağır tankların, “Qrad”ların üstündə Azərbaycan əsgəri döyüş bölgələrini qoyub geri çəkilirdi. Bir tərədən də, əsgərlərin qaçdığını görən erməni birləşmələri şəhəri top atəşinə tutmağa başlamışdılar. Təəssüf ki, Laçın həm Qarabağ istiqamətindən,  həm də Ermənistan tərəfdən top atəşinə tutulurdu. Bununla da Laçın işğal olundu.

- Laçının müdafiəsinə qalxan keçmiş döyüşçülərin narazı qaldığı bir məqam da reportyor Çingiz Mustafayevlə bağlıdır. Söylənilir ki, onun Laçınla bağlı lentə aldığı  bəzi kadrlar o zamankı döyüşçülər üçün böyük rəzalətdir. Laçının müdafiəsində qəhrəmanlıq göstərmiş  döyüşçülər 25 ildir xalqa xəyanətkar kimi təqdim olunur. Siz o məqamları necə xatırlayırsız?

- Laçından olan döyüşçülər son damla qanlarına qədər döyüşüblər. Bu gün Laçının 303 şəhidi var. Onların 5-i Milli Qəhrəmandır. Bu şəhidlər Laçın, Horadiz, Qubadlı, Ağdam uğrunda döyüşmüş əsgərlərdir. Çingiz Mustafayevin çəkdiyi kadrların  bir hissəsi Murt deyilən yerdə, digər bir hissəsi isə “Qayğı” qəsəbəsində çəkilib. “Qayğı” qəsəbəsi Ermənistandan Dağlıq Qarabağa  gedən ən yaxın yoldur. Ordan yaxın məsafə yoxdur. Çingiz Mustafayev də hər ikisində çəkiliş aparıb. Çingiz Mustafayevə qoşulub qaçan qoşunları geri çağıranlar, onların qabağını kəsənlər  Laçından olan döyüşçülərdir. Onların çoxunun adını bilirəm. O insanlar son damla qanına qədər Laçının müdafiəsində fədakarlıq göstəriblər. Çingiz Mustafayevin göstərdiyi kadrlarda indiyə qədər bir yanlışlıq var. Yanlışlıq ondan ibarətdir ki, kadrları izləyən tamaşaçı elə bilir ki, qaçan qoşun dəstələri Laçından olan əsgərlərdir. Halbuki, Çingiz Mustafayevin apardığı çəkilişlər Şuşadan qaçan qoşunların qarşısını kəsərkən baş verib. Həmin çəkilişlər o dövrə təsadüf edirdi. Daha sonra Çingiz Mustafayev əsəblərinə hakim kəsilə bilmir və əsgərləri söyməyə başlayır.


- 1992-ci ildə Laçında ərzaq problemi var idi?

-  Əhalinin  ərzaq sarıdan ciddi problemi yox idi. Çünki Laçında heyvandarlıq yaxşı inkişaf etmişdi. Hamı şəxsi təsərrüfatından faydalana bilirdi. Əsgərlərin qida məsələsinə gəlincə, bunu Müdafiə Nazirliyi həyata keçirirdi. Laçında xidmət edən əsgərlərin  80%-i Laçından olan yerli əhali idi. O zamanlar həm Qarabağa Xalq Yardım Komitəsinin xətti ilə, həm də rayon rəhbərliyinin köməyi ilə döyüşçülərin qida məsələsi həll edilirdi. Həmin dövrdə silahla bağlı problem yaşansa da, ərzaqla bağlı bunu söyləmək olmazdı.

- Rayonun işğalı ərəfəsində o zamankı AXC fəalı Etibar Məmmədov bir qrup tələbə ilə Laçının müdafiəsinə qoşulub. Hətta OMON-un komandiri Rövşən Cavadov da Laçında olub. Onlar Laçının müdafiəsində necə vuruşmuşdular?

- Güləbürd kəndinin qarşısında bir körpü var. O körpünün yanında da “Bayatı pavilyonu” vardı ki, o da məşhur Sarı Aşığın adına qoyulmuşdu. Həmin vaxtlarda hamımız təşviş içində idik. Hadisələri müşahidə edirdik. Mən də həmin pavilyonun yanında idim. O zaman Laçına gələnlər arasında o zamankı daxili işlər naziri Tahir Əliyevi, Etibar Məmmədovu, Rövşən Cavadovu görmüşdüm. 5 sarı avtobusda OMON-çular, onların ardınca Etibar Məmmədov, Arif Hacıyev gəldi. Bizim kəndin qarşısından keçərək Laçın istiqamətində hərəkət edirdilər. Etibar Məmmədov Bakıdan tələbə heyəti ilə gəlmişdi. Həmin tələbələr də Laçının müdafiəsinə qoşulmuşdular.

Amma Rəhim Qazıyevin Laçına gəlməsini görməmişəm. Bir daha xatırladım ki, həmin vaxt 10-cu sinifdə oxuyurdum. Ona görə də müsahibədə məktəb illəri zamanı gördüklərimi, müşahidə etdiklərimi danışdım.  

İndi Qarabağ məsələsi qlobal problemə çevrilib. Dünyanın super gücləri imkan versələr, Azərbaycan Ordusu bir gündə torpaqlarımızı işğaldan azad edər. Mən Qarbağla bağlı danışıqlar prosesini beynəlxalq müstəvidə öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupununun fəaliyyətini də elə dünyanın super güclərinin fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirirəm.

Ona görə də hesab edirəm ki, işğal altında olan torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə özümüz azad edəcəyik. Son sözü Azərbaycan əsgəri deyəcək.   



Namidə BİNGÖL

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA   
20.09.2017, 09:46

Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA  

Sahibkarların yoxlanmasına qoyulan qadağanın müddəti başa çatır - Nə dəyişdi?   
20.09.2017, 09:26

Sahibkarların yoxlanmasına qoyulan qadağanın müddəti başa çatır - Nə dəyişdi?  

Ermənistan cəbhədə təxribat yaratdı 
20.09.2017, 09:19

Ermənistan cəbhədə təxribat yaratdı 

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.09.2017, 09:14

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Mehman Əliyev: “İstəyirlərsə, gedib təzədən türmədə oturum...”
20.09.2017, 09:09

Mehman Əliyev: “İstəyirlərsə, gedib təzədən türmədə oturum...”

Yol Polisi: Velosiped qəzalarında 11 nəfər ölüb
20.09.2017, 09:03

Yol Polisi: Velosiped qəzalarında 11 nəfər ölüb

Bakıda bal yarmarkası keçiriləcək   
20.09.2017, 08:34

Bakıda bal yarmarkası keçiriləcək  

Biləsuvarda ağır yol qəzası - 4 ölü, 1 yaralı
20.09.2017, 08:29

Biləsuvarda ağır yol qəzası - 4 ölü, 1 yaralı

Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO
20.09.2017, 00:48

Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib
20.09.2017, 00:36

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO
20.09.2017, 00:23

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur
20.09.2017, 00:11

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı
19.09.2017, 23:27

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb
19.09.2017, 23:14

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb

Bakıda daşınmaz əmlak bahalaşacaq...
19.09.2017, 22:44

Bakıda daşınmaz əmlak bahalaşacaq...

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ
19.09.2017, 22:12

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir   
19.09.2017, 21:37

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir  

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR
19.09.2017, 21:19

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR

19.09.2017, 21:06

"Rusiyanın bu siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur" - Hikmət Hacıyev

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp
19.09.2017, 20:48

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb
19.09.2017, 20:33

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib
19.09.2017, 20:17

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

Pambıqçıları daşıyan mikroavtobus aşdı
19.09.2017, 20:05

Pambıqçıları daşıyan mikroavtobus aşdı

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
19.09.2017, 19:51

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Tramp BMT tribunasından İranı sərt tənqid etdi
19.09.2017, 19:00

Tramp BMT tribunasından İranı sərt tənqid etdi

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək
19.09.2017, 18:44

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
19.09.2017, 18:31

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI
19.09.2017, 18:20

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI

Paytaxtda mənzildə meyit tapılıb
19.09.2017, 18:07

Paytaxtda mənzildə meyit tapılıb

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir
19.09.2017, 17:47

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər
19.09.2017, 17:40

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu
19.09.2017, 17:38

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir
19.09.2017, 17:23

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ   
19.09.2017, 17:14

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ  

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi
19.09.2017, 17:10

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.55%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(14.0%)
- Məhərrəmlık əsl İslama ziddir(30.5%)