24 noyabr 2017, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Ucqar kənd müəllimi - “İnformatikanı kompütersiz tədris etmək, topsuz futbol oynamaq kimidir”
Ucqar kənd müəllimi - “İnformatikanı kompütersiz tədris etmək, topsuz futbol oynamaq kimidir” +
18.05.2017, 15:50

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 
 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

Bu dəfəki müsahibimiz Yardımlı rayonu Ə.Novruzov adına Gölyeri kənd  ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi Abaslıdır. Qeyd edək ki, V.Abaslı müəllimlər üçün təşkil olunan qabiliyyət imtahanında yüksək nəticə göstərənlər sırasındadır - 51 bal. Buna baxmayaraq, fəaliyyətini könüllü şəkildə Yardımlının ucqar dağ kəndində davam etdirmək istəyib. Bunun da bir səbəbi var. Özünü dinləyək:

“26 yaşım var. 2016-cı ildə  ADPU-nun Şamaxı filialının riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirmişəm. Həmin il də müəllimlərin işə qəbul imtahanında iştirak etdim və işləmək üçün hazırda çalışdığım məktəbi seçdim. Bunun da bir səbəbi var: məktəbin aid olduğu Gölyeri kəndi mənim üçün yeni məkan deyildi. Buradakı müəllimlik fəaliyyətim kəndlə ilk tanışlığım deyildi. Çünki bütün uşaqlığım elə bu rayonda, bu dağlarda keçib. Sonradan buradan başqa yerə köçmüşük. Məni yenidən bu məktəbə, bu dağlara gətirən səbəb də elə keçmişin özü oldu”.

Uşaqlıq xatirələrinin əlindən tutaraq gəldiyi yerlər ona nə qədər doğma olsa da, ilk dərs günü də bir o qədər həyəcanlı keçib. Lakin bu həyəcanın özü də gənc müəllimi sonradan “silahlandırıb:


“Buradakı ilk dərs günü həm də mənim bir müəllim kimi fəaliyyətimin ilk addımı idi. Heç zaman yaşamadığım həyəcanı keçirdim. Tələbəlik illərindən başlayaraq, özümü heç zaman müəllim kimi görə bilmirdim. Bu, məni daha da narahat edirdi. Lakin kollektivdən gördüyüm isti münasibət həyəcanımın uzun sürməsinə imkan vermədi. Sonradan özümdə elə fikir formalaşdır ki, mən elə müəllim doğulubmuşam”.


Söhbətin bu yerində gənc müəllim çalışdığı kəndin insanlarını, həmin kəndin mənzərəsini elə hey, tərifləyir. Doğrusu, buna zərrə qədər şübhəmiz yoxdu. Gözəl yerlərin insanları da gözəl olar. Yüksək bal toplamasına baxmayaraq, ucqar kəndə yollanan müəllim həm də buna görə seçimindən peşman deyil:

“Şəhər həyatına nibətən burada aktivlik az olsa da, kənd həyatının ayrı bir gözəlliyi var. Səhəri otların ətri, quşların səsi ilə açmaq insanı işə daha da ruhlandırır. Buralarda heç yadlıq hiss etmədim. Kənd camaatına da, müəllimlərə də uyğunlaşdım. Çünki bir zamanlar valideynlərim də burada yaşayıb və onların hamısı valideynlərimi tanıyırlar. Uşaq vaxtımdan buralardan ayrılsam da, həm də bu səbəbdən insanlarla isti münasibət qura bildim.

Burada bir evdə yaşayıram. İnanın, o ev və onun sakinləri haqqında uzun-uzadı cümlə qurmağa ehtiyac yoxdu. O evin sakinləri mənə valideynlərim qədər əzizdirlər”.

Bir dəfə də...

-Bir dəfə 5-ci sinifdə oxuyan bir qız mənə yaxınlaşıb dedi ki, “müəllim biz qohumuq”. Qızı tanımırdım. Soruşdum ki, mən səninlə necə qohumam? Cavabladı ki, “nənəmin xalası oğlusunuz...”. Bu sözə çox güldüm. Sonradan öyrəndim ki, biz həqiqətən, o qızla qohumuq. Amma nənəsinin xalası oğlu deyiləm (gülür).

-Kəndin özü, insanları çox gözəl, buna sözümüz yox. Bəs, ucqar kənddə şagirdlərin təhsilinə mane olan hansı amillər var?

-Təbii ki, bu amillər yox deyil. Amma deməzdim ki, təhsilə tam mane olur. Məişət işlərində uşaqların ailələrinə kömək etmələri dərslərinə bir qədər mane olur. Məktəbdəki problemlərdən danışsaq, burada vəziyyət nisbətən fərqlidir. Kompüter otağının olmaması və kompüterlərin say azlığı yaşadığımız zaman üçün böyük problem sayıla bilər. Lakin bacardığımız qədər əlimizdə olan imkanlarla yüksək nəticə göstərməyə çalışırıq. Lakin bu maneələr həm müəllimlər, həm də şagirdlər üçün çətinlik yaradır. Kompüter otağının olmaması informatika fənninin tədrisi üçün daha böyük çətinlik yaradır. Kompütersiz informatika fənninin tədrisi, topsuz fubol oynamaq kimi bir şeydi.

 


Müsahibi məktəbdən “çıxarıb” kəndə gətiririk. Görək, yaşadığı Gölyeri kəndində  təhsilə mane olan başqa nə kimi sosial problemlər var. Müəllim buraları nə qədər çox sevsə də, göz qabağında olan bir neçə problemi sadalayır:

 

“Xırda çatışmazlıqlar çoxdu. Ən böyüyü isə istilik əldə etmək üçün təbiəti gözəlləşdirən meşələrin məhv edilməsidir.

Bəzən, təhsilsiz təbəqənin, xüsusən də qızların çoxluq təşkil etməsini də deyək. Bunun isə bir səbəbi var: məktəbimizin 9 illik olması.  9 illik məktəbi başa vuran şagirdlər qonşu kəndlərə getmək məcburiyyətində qalırlar. Bu isə bir qədər çətinlik yaradır. Bu səbəbdən də kənddə qızların çoxu məktəbi 9-cu sinifdən  başa vurmalı olurlar.

“Bunu qoyub, ona keçmək” məsəlini yəqin, belə vaxtlar üçün deyiblər. Elə biz də bunu qoyub, ona keçirik. Ucqar kənd müəllimindən aldığı maaşı və sosial təminatını nə dərəcədə qarşıladığını soruşuruq. Görək, ümumiyyətlə, maaşını vaxtında ala bilir?

“Cari vaxt, hazırki vəziyyət üçün aldığım maaşdan narazı qalmaq naşükürlük olardı. Maaşların vaxtında verilməsində hələlik heç bir problem yaşamamışam. İstər maaş, istərsə də həvəsləndirməyə görə aldığım əlavə ödənişlər vaxtlı-vaxtında verilib.

-Məktəbinizdə müəllimlərdən vahid forma tələb olunur?

-Deməzdim. Lakin məktəb rəhbərliyinin bu barədə hər zaman bir xahişi olub: MÜƏLLİM kimi görünək!

Və... son olaraq...

“Burada bir evdə qalıram. Yuxarıda da o barədə danışdım. Sosial qayğılarım demək olar, bütünlüklə həmin ev tərəfindən qarşılanır. Paltar, təmizlik, yemək - hər işdə mənə köməklik edirlər. Mən də hər zaman onlara bir oğul kimi nə lazımdırsa, edirəm: həm maddi, həm mənəvi...”.


Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Azərsu” beynəlxalq elmin konfrans təşkil etdi
24.11.2017, 17:01

“Azərsu” beynəlxalq elmin konfrans təşkil etdi

Tramp Ərdoğana zəng edəcək   
24.11.2017, 16:52

Tramp Ərdoğana zəng edəcək  

Ramiz Mehdiyev Patruşevlə müzakirə apardı
24.11.2017, 16:43

Ramiz Mehdiyev Patruşevlə müzakirə apardı

Qanköçürmədə hepatitə yoluxan gəncin müalicəsi yarımçıq qaldı: 130 min tələb edilir
24.11.2017, 16:39

Qanköçürmədə hepatitə yoluxan gəncin müalicəsi yarımçıq qaldı: 130 min tələb edilir

Roma Papasından yeni QADAĞA
24.11.2017, 16:24

Roma Papasından yeni QADAĞA

Bir ailənin 4 üzvünü vurub qaçan sürücü saxlanıldı
24.11.2017, 16:21

Bir ailənin 4 üzvünü vurub qaçan sürücü saxlanıl

Broyler şirkətləri fərdi təsərrüfatlara qarşı “MÜHARİBƏ” başladıblar - Kütləvi ÖLÜM
24.11.2017, 16:08

Broyler şirkətləri fərdi təsərrüfatlara qarşı “MÜHARİBƏ” başladıblar - Kütləvi ÖLÜM

Əhliman Əmiraslanov konfransın açılışını etdi
24.11.2017, 16:05

Əhliman Əmiraslanov konfransın açılışını etdi

İctimai Komitənin yeni koordinatoru: “Aktivliyi təmin etməliyik”  
24.11.2017, 15:59

İctimai Komitənin yeni koordinatoru: “Aktivliyi təmin etməliyik”  

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!
24.11.2017, 15:57

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!

Misirdə terror aktı zamanı 50 nəfər ölüb
24.11.2017, 15:52

Misirdə terror aktı zamanı 50 nəfər ölüb

Prokuror general Novruzəli Orucovun oğluna cəza istədi
24.11.2017, 15:46

Prokuror general Novruzəli Orucovun oğluna cəza istədi

Mərakeşdə
24.11.2017, 15:39

Mərakeşdə "Xocalıya Ədalət" kampaniyasının təqdimatı oldu  

“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatdı
24.11.2017, 15:39

“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatdı

Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da “ÖLÜM OYUNU” haqda danışılır  
24.11.2017, 15:24

Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da “ÖLÜM OYUNU” haqda danışılır  

Sovet kosmik sənayesinin “görünməyən adamı”nın Azərbaycan planları - TARİXİ FOTOLAR
24.11.2017, 15:12

Sovet kosmik sənayesinin “görünməyən adamı”nın Azərbaycan planları - TARİXİ FOTOLAR

ABŞ-ın “51-ci bölgəsi” görüntüləndi - FOTOLAR
24.11.2017, 15:11

ABŞ-ın “51-ci bölgəsi” görüntüləndi - FOTOLAR

Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı
24.11.2017, 15:04

Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
24.11.2017, 14:52

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

“Reket jurnalistlər”in istintaqı yekunlaşdı - Məhkəmə başlayır
24.11.2017, 14:43

“Reket jurnalistlər”in istintaqı yekunlaşdı - Məhkəmə başlayır

Heydər Əliyevin silahdaşı Həsən Mirzəyev - Mərhum deputat anıldı - FOTOLAR   
24.11.2017, 14:37

Heydər Əliyevin silahdaşı Həsən Mirzəyev - Mərhum deputat anıldı - FOTOLAR  

Moskvada azərbaycanlı sahibkar özünü yandırıb
24.11.2017, 14:19

Moskvada azərbaycanlı sahibkar özünü yandırıb

Azərbaycanda xərçənglə xəstələnən uşaqlar artıb - Qorxulu STATİSTİKA
24.11.2017, 14:15

Azərbaycanda xərçənglə xəstələnən uşaqlar artıb - Qorxulu STATİSTİKA

“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində nələr olacaq?
24.11.2017, 14:09

“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində nələr olacaq?

İlham Əliyev 
24.11.2017, 14:01

İlham Əliyev "Şərq tərəfdaşlığı" sammitində iştirak edib- YENİLƏNİB

General Elçin Quliyev: "Mətləb Mustafayev Eldar Mahmudovun sifarişi ilə həbs edilib" - MTN İŞİ 
24.11.2017, 13:54

General Elçin Quliyev: "Mətləb Mustafayev Eldar Mahmudovun sifarişi ilə həbs edilib" - MTN İŞİ 

Sarkisyan: “Putin bunu heç vaxt mənə irad tutmayıb”
24.11.2017, 13:52

Sarkisyan: “Putin bunu heç vaxt mənə irad tutmayıb”

Azərbaycandakı həqiqi və saxta seyidlər - Peyğəmbər nəslindən olmayan fırıldaqçılar...
24.11.2017, 13:48

Azərbaycandakı həqiqi və saxta seyidlər - Peyğəmbər nəslindən olmayan fırıldaqçılar...

“Danış ki, səni görüm” layihəsi başladı
24.11.2017, 13:36

“Danış ki, səni görüm” layihəsi başladı

Azərbaycanlı deputatlar QDİƏT PA-nın iclasına gedirlər  
24.11.2017, 13:29

Azərbaycanlı deputatlar QDİƏT PA-nın iclasına gedirlər  

Bakıda avtobus piyadanı vurub öldürdü   
24.11.2017, 13:18

Bakıda avtobus piyadanı vurub öldürdü  

“Timsah” ləqəbli siyasətçi prezident olacaq
24.11.2017, 13:10

“Timsah” ləqəbli siyasətçi prezident olacaq

İki azərbaycanlı milyarderin çəkişməsində itirən kim olur...   
24.11.2017, 13:08

İki azərbaycanlı milyarderin çəkişməsində itirən kim olur...  

Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar sərmayə qoyub
24.11.2017, 12:59

Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar sərmayə qoyub

“Bakcell”in  dəstəyilə futzal turniri təşkil edilib
24.11.2017, 12:53

“Bakcell”in  dəstəyilə futzal turniri təşkil edilib

ARXİV