15 dekabr 2017, Cümə
Ana Səhifə - MEDİA - Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasına namizədləri müəyyənləşdirdi - SİYAHI
Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasına namizədləri müəyyənləşdirdi - SİYAHI
18.05.2017, 18:10

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.

 

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının hazırkı tərkibi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiqlənib. Həmin tərkibin səlahiyyət müddəti başa çatmaqdadır. Eyni zamanda Fondun Nizamnamə tələbinə görə eyni şəxs iki dəfədən artıq Müşahidə Şurasında təmsil oluna bilməz. Buna görə də tərkibdə əsaslı dəyişikliklər nəzərdə tutulub. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Mətbuat Şurasına KİVDF-nin Müşahidə Şurasına kütləvi informasiya vasitələrindən və jurnalist təşkilatlarından namizədləri müəyyənləşdirmək tapşırılıb. Şura hər zaman olduğu kimi, yenə də bu missiyanı yerinə yetirməlidir.

 

Ə.Amaşov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə KİVDF kimi vacib qurumun yaradılmasına həssas yanaşdığına görə təşəkkürünü bildirib. O deyib ki, Prezidentin şəxsində ölkə rəhbərliyi hər zaman mediaya diqqət və qayğı göstərməkdədir. «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulu və sənədə əsasən KİVDF-nin formalaşdırılması jurnalistikanın problemlərinin həllinə konseptual yanaşmanın bariz göstəricisidir.

 

MŞ sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən 9-u kütləvi informasiya vasitələrindən, 9-u isə jurnalist təşkilatlarından olmaqla ümumilikdə 18 nəfərin adı KİVDF-nin Müşahidə Şurasına namizəd kimi irəli sürüləcəkdir. Fondun Nizamnaməsinə əsasən onun tərkibi ümumilikdə 9 nəfərdən ibarət olur ki, bunun da 3-nü KİV-lərdən, 3-nü jurnalist təşkilatlarından, 3-nü isə dövlət orqanlarından olan nümayəndələr təşkil edir. Bu isə o deməkdir ki, Mətbuat Şurasının 18 nəmizədindən yalnız 6-ı Müşahidə Şurasının üzvü olaraq təsdiqlənəcəkdir. Şura öz namizədlərini ölkə rəhbərliyinə təqdim edəcək. Fondun Müşahidə Şurasının tərkibi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənəcək.

 

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun ötən müddətdəki fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Fond yarananda onun iş prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı təcrübə yox idi. Qurum paralel olaraq həm bu vəzifəni həyata keçirdi, həm də beynəlxalq təcrübəni öyrəndi. V.Səfərli də öz növbəsində ötən 8 il müddətində Müşahidə Şurasında təmsil olunan hər kəsə təşəkkürünü bildirib, yeni tərkibin də məhsuldar fəaliyyət göstərəcəyinə inandığını deyib, namizədlərə uğurlar arzulayıb.

 

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında 8 il ərzində KİVDF-nin Müşahidə Şurasında təmsil olunduğunu diqqətə çatdırıb. O, ötən müddəti Azərbaycan mediasının inkişafı baxımından vacib mərhələ kimi dəyərləndirib.

 

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid vurğulayıb ki, KİVDF-nin 8 illik fəaliyyəti nəticəsində xeyli işlər həyata keçirildi. Eyni kursun davam etdirilməsinə ehtiyac var. Buna görə də layiqli namizəd seçimi zəruridir.

 

MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Fondun Müşahidə Şurasının tərkibinin formalaşdırılmasında Azərbaycan Mətbuat Şurasının mövqeyinin nəzərə alınması quruma olan etimaddır və şübhəsiz irəli sürülən namizədlər bu etimadı doğruldacaqlar.

 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da 8 ildə Fondun Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. U.Rəhimoğlu ötən müddətin həm çoxsaylı qayğılarla, həm də mediamız adına gözəl yaşantılarla yadda qaldığını xatırladıb. Mətbuat Şurasının yeni namizədlərinin başlanılmış yolu ləyaqətlə davam etdirəcəyinə əminliyini bildirən U.Rəhimoğlu İdarə Heyətinin üzvlərini onları dəstəkləməyə çağırıb. Təklif səsə qoyularaq qəbul edilib.

 

Müzakirələrdən sonra adları aşağıda qeyd edilən şəxslərin Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizəd kimi müəyyənləşdirilməsi qərara alınıb:

 

Jurnalist təşkilatlarından:

 

  1. Əsgərov Ramiz Baxşəli oğlu, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi;
  2. Verdizadə Seymur Vaqif oğlu, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri;
  3. Musayev Ceyhun Musa oğlu, «Jurnalist Ekspert Mərkəzi» ictimai birliyinin sədri;
  4. Mirzəyev Ayaz Nizami oğlu, «Azərbaycan Jurnalistlər Şəbəkəsi» ictimai birliyinin sədri,
  5. Rüstəmov Əvəz Cahangir oğlu, «Ruh» Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri;
  6. Məmmədli Yadigar Tarix oğlu, Demokratik Jurnalistlər Liqasının sədri;
  7. Mehdiyev Qafar Qələndər oğlu, Araşdırmaçı Jurnalistlər Liqasının sədri;
  8. Eyvazov Elşad Səməndər oğlu, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;
  9. Əhmədov Xanoğlan Əlüseyn oğlu, «Media və mülki cəmiyyət» İctimai Birliyinin sədri.

 

Kütləvi informasiya vasitələrindən:

 

  1. Həsənov Həsən Zal oğlu, «Xalq qəzeti»nin baş redaktoru;
  2. Oğuz Yunus İsaxan oğlu, «Olaylar» İnformasiya Agentliyinin baş direktoru, «Olaylar» qəzetinin baş redaktoru;
  3. Quliyev Bəhruz Vaqif oğlu, «Səs» qəzetinin baş redaktoru;
  4. Mirzəbəyli Elçin Əbdülrəhim oğlu, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru;
  5. Quliyev Aydın Alıqulu oğlu, «Bakı xəbər» qəzetinin baş redaktoru;
  6. Vəliyev Akif Abduləzim oğlu, «Şərq» qəzetinin baş redaktoru;
  7. Əliyev Namiq Həsən oğlu, «Palitra» qəzetinin baş redaktoru;
  8. Hüseynov İlqar Məmməd oğlu, «Trend» İnformasiya Agentliyinin baş direktoru;
  9. Seyidova Sevinc Məmməd qızı, «Həftə içi» qəzetinin baş redaktoru.

xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı
15.12.2017, 21:31

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı
15.12.2017, 21:20

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib
15.12.2017, 21:06

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb
15.12.2017, 20:52

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

100-CÜ BAHARA DOĞRU . . .
15.12.2017, 20:40

100-CÜ BAHARA DOĞRU . . .

Bu ölkədə vətəndaşların borcları silinəcək
15.12.2017, 20:27

Bu ölkədə vətəndaşların borcları silinəcək

Tramp Putindən kömək gözləyir
15.12.2017, 20:13

Tramp Putindən kömək gözləyir

Ərəb diplomatlar Bakıda universitetdə toplandı
15.12.2017, 20:02

Ərəb diplomatlar Bakıda universitetdə toplandı

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi
15.12.2017, 19:51

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI
15.12.2017, 18:57

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib
15.12.2017, 18:45

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
15.12.2017, 18:37

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır
15.12.2017, 18:32

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Kraliçanın ailəsində toy olacaq
15.12.2017, 18:26

Kraliçanın ailəsində toy olacaq

Sumqayıta 7 milyon manat ayrıldı
15.12.2017, 18:12

Sumqayıta 7 milyon manat ayrıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI
15.12.2017, 18:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI

Oqtay Əsədov deputatları DANLADI   
15.12.2017, 17:57

Oqtay Əsədov deputatları DANLADI  

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib
15.12.2017, 17:52

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi
15.12.2017, 17:52

Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi
15.12.2017, 17:48

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”
15.12.2017, 17:41

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI   
15.12.2017, 17:38

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI  

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi
15.12.2017, 17:33

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi   
15.12.2017, 17:28

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi  

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq
15.12.2017, 17:21

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq

Manatın 3 günlük MƏZƏNNƏSİ
15.12.2017, 17:20

Manatın 3 günlük MƏZƏNNƏSİ

Azərbaycanda 7 dini icma ləğv edilib   
15.12.2017, 17:14

Azərbaycanda 7 dini icma ləğv edilib  

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu
15.12.2017, 17:10

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu

Zahid Oruc narazılıq etdi, Oqtay Əsədov ona irad tutdu
15.12.2017, 17:09

Zahid Oruc narazılıq etdi, Oqtay Əsədov ona irad tutdu

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi
15.12.2017, 17:00

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi
15.12.2017, 16:51

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”
15.12.2017, 16:44

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi
15.12.2017, 16:41

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında
15.12.2017, 16:38

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında

Siyavuş Novruzov Sevinc Osmanqızını təxribatçı adlandırdı
15.12.2017, 16:33

Siyavuş Novruzov Sevinc Osmanqızını təxribatçı adlandırdı

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.08%)
Araz Ağalarov (13.8%)
Mübariz Mənsimov (17.6%)
Fərhad Əhmədov(14.2%)
Füzuli Məmmədov(51.4%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.60%)
Digərləri(0.84%)