Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

18 May 2017, 21:15

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 53,14 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,25 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 52,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 17-də 49,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 17-də 51,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?