Modern.az

"Facebook" 110 milyon avro cərimələnib

"Facebook" 110 milyon avro cərimələnib

19 May 2017, 01:00

“Facebook” şirkəti cərimələnib.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, qaydaları pozan şirkət 110 milyon avro cərimə ödəməli olacaq. Buna səbəb şirkətin “Votsap” mesencerini satın aldıqdan sonra Avropa Birliyinin tənzimləyici qurumuna şəxsi məlumatları iki şirkət arasında paylaşmayacaqları və istifadəçi hesablarını birləşdirməyəcəkləri ilə bağlı söz versə də, buna əməl etməyib.

Belə ki, "Votsap" avqustda etdiyi dəyişiklikdən sonra istifadəçilərin telefon nömrələrini və profil adları kimi digər şəxsi məlumatları "facebook"a paylaşmağa başlayıb.

 

Qeyd edək ki, “facebook”un qurucusu Mark Zukerberq “Votsap”ı 2014-cü ildə 22 milyard dollara alıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir