Modern.az

İran xalqı bu gün yeni prezident seçir

İran xalqı bu gün yeni prezident seçir

19 May 2017, 09:01

 Bu gün - mayın 19-da İranda növbəti prezident seçkiləri keçirilir. Modern.az-ın məlumatına görə, İran xalqı öz seçimini edərək, növbəti 4 il üçün prezidentini seçəcək.

Seçkidə siyasi mübarizə 4 nəfər namizəd arasında gedir. Bunlar indiki prezident və namizəd Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Tabadır.

Yerli mətbuat əsas mübarizənin H.Ruhani ilə İran mühafizəkarlarının dəstəklədiyi İ.Rəisi arasında olacağını bildirir.

Saat 8:00-dan başlayaraq İran xalqı 64 min seçki məntəqəsində ölkənin yeni prezidentini seçəcək. Səsvermədə 56 milyon seçicinin içtirakı gözlənilir.

İranın seçki qanunvericiliyinə əsasən, namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməlidir. Əks təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.  

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir