Modern.az

Türk diplomatını öldürən ASALA üzvü əfv olunmadı

Türk diplomatını öldürən ASALA üzvü əfv olunmadı

19 May 2017, 11:18

Kaliforniya qubernatoru Cerri Braun 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunuKemal Arıkanı qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum olunmuş ASALA üzvü, Livan ermənisi Ambiq Sasunyanın əfv fərmanını təsdiq etməyib.

 

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, qubernator “Sasunyan hələ də cəmiyyət üçün təhlükəlidir” – deyə öz qərarını əsaslandırıb.

Bundan öncə, Kaliforniya şəhər şurası Sasunyanın əfv olunaraq azadlığa buraxılması barədə qərar qəbul etmişdi.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub