Modern.az

Müəllim olmaq istəyənlərin sayı artıb

Müəllim olmaq istəyənlərin sayı artıb

19 May 2017, 11:27

“Son illərdə Azərbaycanda müəllimlik ixtisasına maraq artıb”.

Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2015-2016-ci illərdə qəbul imtahanında ən yüksək - 500-700 bal toplayan 1000 nəfərdən çox abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi göstərib.

C. Bayramov bildirib ki, 2016-cı ildə rekord sayda - 34 min nəfər müəllim mərkəzləşdirilmiş işə qəbul müsabiqəsində iştirak etmək üçün müraciət edib.

“Hazırda "2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın 100-dən çox məzunu ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir: "Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq. Təhsil Nazirliyi müəllimlərin fəaliyyəti üçün bütün şəraiti yaradacaq ki, gənclər də müəllimlərin potensialından faydalana bilsin".

 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər