22 aprel 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz - IV
AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz - IV
19.05.2017, 11:31

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Heydər Əliyev və Azərbaycan dilinin nəzəri məsələləri

 

Heydər Əliyev dilimizin adı ilə bağlı 1992-ci ildə Milli Məclisdə qeyri – qanuni qəbul olunmuş formanı və bunun qeyri – qanuni icra olunmasını qanunçuluq baxımından düzgün olmayan məsələ kimi ictimaiyyətin diqqətinə çatdırdı. O, hər dəfə bütün məsələlərdə olduğu kimi, bu məsələdə də reallığı obyektiv və inandırıcı şəkildə təhlil edirdi, ancaq öz mövqeyinin nədən ibarət olduğunu demirdi. İstəyi ondan ibarət idi ki, cəmiyyətin özü əsl həqiqəti aşkarlayıb üzə çıxarsın. Cəmiyyətin marağında olan taleyüklü məsələlərə cəmiyyətin özü düzgün mövqe bildirsin. Həm də cəmiyyət başa düşsün ki, taleyüklü məsələlərin həlli cəmiyyətin öz əlindədir, xalqın taleyi xalqın əlindədir, tarixi şans da xalqın öz əlindədir. Ona görə də xalq nəyi istəyirsə, onu da etməlidir. Bununla belə, Heydər Əliyev bütün məsələlərin həllində, o cümlədən bu məsələnin həllində xalqa kifayət qədər məlumat, bilgi verir, həqiqəti çatdırırdı. Belə olan təqdirdə, xalq həmin məlumat, bilgi əsasında nə edəcəyini bilirdi. Aparılan müzakirələr, deyilən fikirlər işin xeyrinə olurdu. Bu da nəticə etibarilə xalqı da, onun içərisindən çıxan ziyalıları da  (mütəxəssisləri) məsələlərə məsuliyyətlə yanaşmağa vadar edirdi. Deməli, onda müzakirə olunan məsələlər müzakirə xatirinə aparılmır, fikir söyləyənlər, mütəxəssislər fikir xatirinə fikir demir, səlahiyyət sahibləri isə qanunun tələblərindən kənara çıxa bilmirdi. Məhz belə bir dəst – xətlə hərəkət etməyi Heydər Əliyevin təcrübəsi, dünyagörüşü, qeyri – adi şəxsiyyəti, nüfuzu, siyasi biliyi təmin edirdi. Heydər Əliyev əsaslandırırdı ki, 1992-ci ilin dekabr ayında Milli Məclisin Azərbaycanın dövlət dilinin türk dili olması barədə qəbul etdiyi qərar qeyri – qanuni şəkildə icra olunur. Hətta o dövrdə çap olunmuş ana dili dərsliklərinin adının türk dili kimi yazılması qeyri – qanuni bir qərarın nəticəsi kimi izah olunurdu. Heydər Əliyev belə hesab edirdi ki, hüquqi baxımdan düz olmayan bir qərarın icrası da düzgün olmamışdır. Ona görə də o dövrdə (1992-ci ildə) çap olunmuş ana dili dərsliklərinin üstündə türk dili yazılması qeyri – qanuni qəbul olunmuş bir qərarın nəticəsi olmuşdur. Heydər Əliyev bu istiqamətdə də o vaxt xalqın iradəsi ilə taleyüklü məsələnin həll olunmadığını, referendum yolu ilə qərar qəbul olunmadığını, o vaxtkı Milli Məclisdə (1992-ci il) belə bir ciddi məsələyə səthi yanaşıldığını uzaq olmayan bir tarixi həqiqət kimi cəmiyyətə xatırladırdı: “İndi mənə deyirlər ki, bizim dərsliklərdə ana dilini türk dili kimi yazırlar. Mən soruşdum ki, bəs niyə belə yazırlar? Dedilər ki, bu cür qanun qəbul olunubdur. Ancaq qanunun özü də qeyri – qanuni yolla qəbul edilmişdir. Yəni o qanunun gücü yoxdur.


... Doğrudan da, əgər belə bir qanun lazım idisə, o, xalqın iradəsi ilə qəbul edilməli idi. Bunun üçün referendum keçirmək lazımdır. Həmin referendum sayəsində əgər bu nəticə əldə olunarsa, deməli, xalqın əksəriyyəti bunu istəyir. Yaxud da  əgər referendum keçirmək istəmirlərsə, heç olmasa parlament çərçivəsində qanunu pozmayaydılar”.


Heydər Əliyev belə hesab edirdi ki, taleyüklü məsələlərdə, o cümlədən Azərbaycanın dövlət dili məsələsində qəbul olunacaq qərar xalqın öz əlindədir. Vəzifələrindən sui istifadə edən ayrı – ayrı adamlar bu məsələyə səthi yanaşa bilməz, eyni zamanda nə istəsələr onu da edə bilməzlər. Ona görə də Heydər Əliyev yeni konstitusiya layihəsi hazırlananda və Azərbaycanın dövlət dili məsələsi gündəmə gələndə bunun müzakirə olunmasını, məhz xüsusi müzakirə olunmasını, səriştəli, bu sahə ilə bağlı biliyi, təcrübəsi olan mütəxəssislər tərəfindən müzakirə olunmasını bir təklif kimi verdi, bu istiqamətdə fəaliyyəti təmin etdi. Nəticədə yeni konstitusiya layihəsinin ümumxalq müzakirəsinə verilməsində xeyli təkliflər ortalığa çıxdı. Həmin təkliflərin 18-i Azərbaycan dili məsələsi ilə bağlı idi. Heydər Əliyev yeni konstitusiya layihəsinin ümumxalq müzakirəsinə verilən təklifləri barədə deyirdi: “... indi ümumxalq müzakirəsinə 1400 təklif verilibdir. Bunlar konstitusiyanın ayrı – ayrı maddələri haqqındadır. Onların 18-də təklif olunur ki, bizim dövlət dilimiz Azərbaycan dili yox, türk dili yazılsın. 1400 təklifin içərisində 18 təklif bir şey deyildir. Ancaq mən təkcə 18 təklifə görə yox, sadəcə belə bir halın yarandığına görə, belə bir hadisənin mövcud olduğuna görə və bəzi ziyalılarımızın bu fikirdə olduğuna görə bu məsələnin dərindən araşdırılmasını lüzumlu hesab edirəm”.


Heydər Əliyev yeni konstitusiya layihəsində dövlət dili məsələsinin müzakirəsini bu sahə ilə maraqlı olan dairələrdə aparmağı vacib bilirdi, təcrübəli, bilikli ziyalılarımızı, alimlərimizi, təbii ki, dilçilərimizi müzakirələrdə fəal iştirak etməyə dəvət edirdi. Bununla da istəyirdi ki, bu məsələnin müzakirəsində alimlərimiz, ziyalılarımız, mütəxəssislərimiz, yazıçılarımız, şairlərimiz öz fikirlərini desinlər, xalqın iradəsini təqdim etsinlər.


Heydər Əliyev dövlət dili məsələsinin müzakirəsində elə dəqiq fikirlər söyləyirdi ki, onun məntiqi, düzgün mövqeyi qarşısında yalnız və yalnız əməkdaşlıq etmək istəyində olurdun. Yaxud da onun mövqeyini qəbul edirdin. Bir sözlə, onun məntiqi, həmişə düzgün, ədalətli olan mövqeyi qarşısında oppozisiya mümkün deyildi. Əks təqdirdə oppozisiya çox zəif, bəsit görünürdü. Bu mənada dövlət dilinin müzakirəsi məsələsində kimlərin bu xüsusi müzakirədə iştirakı barədə çox dürüst fikirlər söyləyirdi: “Bu məsələ (dövlət dili məsələsi – B.X.) xüsusi marağı olan dairələrdə xüsusi müzakirə edilməlidir. Yəni bizim elmi müəssisələrdə, Elmlər Akademiyasında – burada dilçilik, ədəbiyyat, tarix, fəlsəfə, hüquq, şərqşünaslıq institutları var, görürsünüz ki, nə qədər elmi institutlarımız var, böyük təcrübəli, bilikli adamlarımız var, - sonra, universitetlərimizdə, məsələn, Bakı Dövlət Universitetində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatı tarixi və sair kafedralar var, keçmiş pedaqoji institutumuzda – indi N.Tusi adına Pedaqoji Universitetdir (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti – B.X.) – orada da dilçiliklə məşğul olan çoxlu kafedralarımız var... Yaradıcılıq ittifaqlarında, ilk növbədə Yazıçılar Birliyində - bu məsələni, yəni dili yazıçılar daha yaxşı bilirlər, həm tarix nöqteyi – nəzərindən, həm də onun tətbiqi nöqteyi – nəzərindən, - digər yaradıcılıq birliklərində bu məsələ müzakirə olunsun”.


Heydər Əliyev müzakirə olunan məsələlər barədə həmişə dönə - dönə məlumat, izahlar və şərhlər verirdi. O, bilirdi ki, bəzən insanlar düzgün məlumat əldə etmədikləri üçün, bəzən isə məsələnin mahiyyətini başa düşmədikləri üçün məsələləri bir – birinə qarışdırırlar. Odur ki, Heydər Əliyev dövlət dili məsələsinin müzakirəsində bir dilçi alim kimi məsələlərin bütün incəliklərini bilməklə yanaşı, onu ictimaiyyətə əsl müəllim səbri və təmkini ilə başa düşülən bir formada təqdim edirdi.


O, həmişə taleyüklü məsələlərin həllində müzakirələrə üstünlük verir, bunu aşkar, açıq şəkildə, heç kəsdən qorxmadan müzakirə etməyi ən düzgün, optimal yol hesab edirdi. Ona görə də əlaqədar təşkilatlara göstərişlər verirdi ki, dillə bağlı sahənin bütün nümayəndələrinin, o cümlədən siyasi partiya nümayəndələrinin müzakirəyə dəvət olunmasını təşkil etsinlər. Heydər Əliyev belə hesab edirdi ki, hər deyilən sözdə bir məna var. Hər deyilən sözdən bir məna çıxır. Əgər bu mənalar işin xeyrinədirsə, biz ondan faydalanmalıyıq.


Adətən yazıçılar, şairlər, bir sözlə, yaradıcı insanlar daxilən, ruhən daha azad olurlar. Və onlar fikir və mülahizələrini söyləməkdən çəkinmirlər. Belə insanlarla polemika aparmaq, nəyisə müzakirə obyektinə çevirmək o qədər də asan deyildir. Belələri ilə nəyisə müzakirə etmək bilik, bacarıq, təcrübə, geniş dünyagörüşdən əlavə, dözüm, səbir, təmkin və digər çoxlu – çoxlu keyfiyyətlər tələb edir. Heydər Əliyevdə bir şəxsiyyət kimi bu keyfiyyətlərin hər biri cəm olunmuşdu. Ona görə də o, istənilən məsələnin müzakirəsində heç kəsdən çəkinmir, heç nədən qorxmur, heç nəyə tərəddüd etmir, əksinə açıq, aşkar müzakirəyə şərait yaradırdı. Bu mənada Heydər Əliyevin söylədiklərinə diqqət yetirək: “... dünən göstəriş verdim ki, bütün dediyim sahənin nümayəndələri və ümumiyyətlə, kim istəyirsə bura dəvət olunsunlar. Mən dedim ki, Yazıçılar Birliyi üzvlərinin hamısını çağırın. Dünən axşam dedilər ki, orada 500 nəfər adam var. Mən dedim ki, onların 500-nü də çağırın. Biri dedi ki, orada bəzi adamlar belə də deyə bilər, elə də deyə bilər. Mən dedim ki, onları da çağırın. Qoy onlar nə deyirlərsə, gəlib burada desinlər. Hər deyilən sözdən bir məna çıxır. Biz bundan niyə qaçmalıyıq ki”.


Heydər Əliyev dövlət dili məsələsinin müzakirəsində öz fikrini söyləyirdi, ancaq başqalarına təsir etmək, başqalarının fikirlərini dinləməmək istəyindən çox – çox uzaq idi. O, bu istiqamətdə o qədər məlumatlı idi ki, dilçi – mütəxəssis kimi həqiqət naminə o qədər geniş araşdırma aparmışdı ki, qəbul olunacaq tarixi qərarın məsuliyyətindən qorxmurdu. Öz fikrini söyləyirdi, ancaq müzakirə zamanı qəbul olunacaq qərarı müzakirəyə dəvət olunanların sərəncamına, ixtiyarına verirdi. O, fikirlərini, izahlarını həqiqətin üzə çıxması naminə edirdi. Eyni zamanda öz fikrini də müzakirədə iştirak edənlərin ixtiyarına, sərəncamına verirdi. Kifayət qədər məlumatlı olması, həmin məlumatlardan hansının düz olub – olmaması barədə obyektiv təhlil aparmaq bacarığı bir daha təsdiq edirdi ki, o, hamıdan üstündür. Bax bu üstünlük imkan verirdi ki, Heydər Əliyev hər bir fikrə, mövqeyə açıq və aşkar şəkildə münasibət bildirsinr. Heydər Əliyev belə də edirdi. İstənilən məsələ barəsində qaranlıq bir məqamın qalmasına imkan vermirdi. Kimlər üçünsə qaranlıq qalan, gizli qalan məqamlara aydınlıq gətirirdi. Bunu yalnız öz üstünlüyünə və gücünə inananlar edə bilərdi. Onu da Heydər Əliyev edirdi, həm də bunu etməyi yüksək səviyyədə bacarırdı. Heydər Əliyev heç bir fikrə, münasibətə biganə qalmırdı, etinasız yanaşmırdı. Görünür ki, hər şeyi oxuyurdu və bilirdi. Bunu faktlar təsdiq edir . Təsadüfi deyil ki, o, dilimizin adı ilə bağlı müzakirədə deyirdi: “Son vaxtlar, deyəsən bu layihə dərc olunandan sonra hansısa bir müxalifət qəzetində oxudum ki, “Bizim dilimizi vaxtilə Stalin və Mikoyan dəyişiblər, dilimizi Azərbaycan dili onlar adlandırıblar, indi də onların yolu ilə getmək istəyirik”. Mən dünən onlara dedim ki, bilirsiniz, bax bunu yazan adamlar - əgər siz bu müzakirədən qaçmırsınızsa və hesab edibsiniz ki, bu, ajitaj yaradacaq, hesab edirsinizsə elə bu yazılan qəbul olunmalıdır (Azərbaycan dili – B.X.) – üç ildən sonra, beş ildən sonra, xüsusən də Heydər Əliyev dünyadan gedəndən sonra götürüb yazacaqlar ki, “Heydər Əliyev Stalin və Mikoyanla birlikdə bizi bu yola gətirdi, yoxsa biz başqa yolla gedəcəydik”. Mən bu tarixi məsuliyyətdən qorxmuram. Ancaq mən də araşdırıram. İstəyirəm ki, həqiqəti aydınlaşdıraq. Ona görə də xahiş edirəm ki, mənim bu çıxışımı vəziyyəti aydınlaşdırmaq niyyəti kimi qəbul edəsiniz. Mən bu barədə heç bir fikir söyləmirəm və heç söyləməyəcəm də. Mən bu fikri sizin sərəncamınıza verəcəyəm”. Doğrudan da hər şey Heydər Əliyev dediyi kimi oldu. Getdiyimiz yolun düz olduğu öz təsdiqini tapdı. Tarix özü sübut etdi ki, Heydər Əliyev “Mən bu tarixi məsuliyyətdən qorxmuram” deyəndə nə qədər uzaqgörənliklə qəti mövqe nümayiş etdirirmiş. “Ancaq mən də araşdırıram. İstəyirəm ki, həqiqəti aydınlaşdıraq” deməklə Heydər Əliyev bu sahədəki gələcək uğur və nailiyyətlərin üfüqlərini görürmüş.


Belə bir çətin, mürəkkəb müzakirələrin nə qədər çətin olduğunu anlamamaq mümkün deyildir. Bəli, Heydər Əliyevin memarı və banisi olduğu 1995-ci il konstitusiyasının 23-cü maddəsində Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması maddəsinin taleyi belə bir çətinliklərdən keçib gəlibdir. Həqiqətə gedən yol həmişə çətin olur. Həqiqətin özünün də bərqərar olması vaxt, zaman tələb edir. Bu mənada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması maddəsinin 1995-ci il konstitusiyasında referendum yolu ilə qəbul olunması zamanın həqiqət sözü oldu.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi
22.04.2018, 00:01

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi

Siyahını YSK-ya təqdim oludnu – Yaxşı Partiya seçkilərə qatılır
21.04.2018, 23:46

Siyahını YSK-ya təqdim oludnu – Yaxşı Partiya seçkilərə qatılır

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?
21.04.2018, 23:20

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi
21.04.2018, 22:48

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib
21.04.2018, 22:43

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib

Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"
21.04.2018, 22:10

Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi
21.04.2018, 21:58

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
21.04.2018, 21:50

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR
21.04.2018, 21:41

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı
21.04.2018, 21:23

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır
21.04.2018, 21:17

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı
21.04.2018, 21:03

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı

Deputatların sayı azaldı - SƏBƏBLƏR
21.04.2018, 20:42

Deputatların sayı azaldı - SƏBƏBLƏR

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 
21.04.2018, 20:31

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 

Yeni nazirin 38 yaşı var - Bioqrafiya
21.04.2018, 20:18

Yeni nazirin 38 yaşı var - Bioqrafiya

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi
21.04.2018, 20:07

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM
21.04.2018, 19:39

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub
21.04.2018, 18:50

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub

Abutalıbov baş nazirin müavini oldu
21.04.2018, 18:10

Abutalıbov baş nazirin müavini oldu

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR
21.04.2018, 17:55

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...
21.04.2018, 17:44

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...

Deputat “Dövlətqaçqınkom”un sədri oldu
21.04.2018, 17:36

Deputat “Dövlətqaçqınkom”un sədri oldu

İlham Əliyev sərəncam imzaladı – Nazirlər Kabinetinin yeni TƏRKİBİ – SİYAHI
21.04.2018, 17:29

İlham Əliyev sərəncam imzaladı – Nazirlər Kabinetinin yeni TƏRKİBİ – SİYAHI

Bu hallarda siyasi partiyalar bağlanacaq – qanuna DƏYİŞİKLİK
21.04.2018, 17:21

Bu hallarda siyasi partiyalar bağlanacaq – qanuna DƏYİŞİKLİK

Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı
21.04.2018, 17:18

Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı

İsmayıllıda paltaryuyan maşında narkotik gizlədən tutuldu
21.04.2018, 17:00

İsmayıllıda paltaryuyan maşında narkotik gizlədən tutuldu

Türkiyədə ağır yol qəzası – 18 nəfər yaralandı
21.04.2018, 16:30

Türkiyədə ağır yol qəzası – 18 nəfər yaralandı

Məhkəmə ANS-lə bağlı qərarını açıqladı
21.04.2018, 16:27

Məhkəmə ANS-lə bağlı qərarını açıqladı

Yerevanda terror hücumlarının qarşısı alındı
21.04.2018, 16:25

Yerevanda terror hücumlarının qarşısı alındı

Qəhrəman atanın qəhrəman oğlu
21.04.2018, 16:06

Qəhrəman atanın qəhrəman oğlu

Müstəqil Azərbaycanın baş nazirləri – SİYAHI
21.04.2018, 15:57

Müstəqil Azərbaycanın baş nazirləri – SİYAHI

Sarkisyan etirazçıların liderini danışıqlara çağırdı
21.04.2018, 15:52

Sarkisyan etirazçıların liderini danışıqlara çağırdı

Zahid Orucun hakimiyyətlə əlaqələri HAQDA: “Ona etibar var” 
21.04.2018, 15:42

Zahid Orucun hakimiyyətlə əlaqələri HAQDA: “Ona etibar var” 

Prezidentdən SƏRƏNCAM - Yeni baş nazir təyin edildi
21.04.2018, 15:06

Prezidentdən SƏRƏNCAM - Yeni baş nazir təyin edildi

ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu  
21.04.2018, 14:55

ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu  

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10.6%)
İmtahan qiymətləri normalıdr(6.38%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(72.3%)
İmtahan qiymətləri azaldılmalıdır(2.12%)
İmtahan qiymətləri artırılmalıdır(8.51%)