Modern.az

Benzema bu dəfə də Fransa millisinə dəvət olunmadı

Benzema bu dəfə də Fransa millisinə dəvət olunmadı

19 May 2017, 12:14

2015-ci ildə Olimpik Lyon futbolçusu Matiu Valbenayı intim videosu ilə bağlı şantaj etdiyinə görə məhkəməlik olan Karim Benzema, Euro-2016 çempionatından sonra yenə də komandaya dəvət almayıb.

 

Qeyd edək ki, həmin hadisədən sonra ulduz oyunçunun milli komandadakı gələcəyinə dair xalq arasında keçirilən sorğuya əsasən, fransızların yüzdə 82-si Benzemanın komandada iştirak etməsinə qarşı çıxmışdı.

 

Modern.az xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşamp qarşıdakı oyunlar üçün 26 futbolçuya dəvət göndərib:

Qapıçılar: Uqo Loris (“Tottenhem”), Alfons Areolya (PSJ), Benua Kostil (“Renn”).

Müdafiəçilər: Lyuka Din (“Barselona”), Kristof Jalle (“Lion”), Prenel Kimpembe (PSJ), Loran Koselni (“Arsenal”), Benjeman Mendi (“Monako”), Samuel Umtiti (“Barselona”), Rafael Varan (“Real”), Kurt Zuma (“Çelsi”), Cibril Sidibe (“Monako”).

Yarımmüdafiəçilər: Pol Poqba (“Mançester Yunayted”), Nqolo Kante (“Çelsi”), Blez Matyuidi, Adrien Rabyo (hər ikisi PSJ), Florian Tove (“Marsel”), Mussa Sissoko (“Tottenhem”), Korenten Tolisso (“Lion”), Dimitri Payet (“Marsel”), Toma Lemar (“Monako”).

Hücumçular: Usman Dembele (“Borussiya”, Dortmund), Aleksandr Lakazett (“Lion”), Olivye Jiru (“Arsenal”), Kilian Mbappe (“Monako”), Antuan Qrizmann (“Atletiko”).

Belə görünür ki, fransızların Benzemaya olan münasibəti hələ də dəyişməyib.

 

Məcid Əmirov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi