Modern.az

Monako klubu Liverpulun təklifini rədd edib

Monako klubu Liverpulun təklifini rədd edib

Aktual

19 May 2017, 12:43

İngiltərənin nəhəng klublarından olan Liverpul, gənc futbolçu Kilyan Embappe üçün Fransa klubuna təklif göndərib.

Modern.az xarici KİV-nə istinadən bildirir ki, fransız klubu, Liverpulun K.Embappe üçün etdiyi 75 milyon avroluq təklifi rədd edib.

İstedadlı topçunu 1 il daha əldə saxlamaq istədiklərini bildirən Monako klubunun rəhbərliyi, futbolçunu 100 milyon avrodan aşağı qiymətə satmayacaqlarını açıqlayıb:

“Əsas məqsədimiz K.Embappeyi klubda saxlamaqdır. Hazırda maliyyə baxımından 2 il öncəyə nisbətən daha yaxşı vəziyyətdəyik”.

 

Məcid Əmirov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı