Modern.az

Ermənistan parlamenti yunan deputatı vitse-spiker seçdi

Ermənistan parlamenti yunan deputatı vitse-spiker seçdi

Dünya

19 May 2017, 14:31

Bu gün Ermənistan parlamentinə 3 yeni vitse-spiker seçilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunlar Eduard Şarmazanov (milliyəcə yunan), Arpine Ovanisyan və Mikael Melkumyandır. Şarmazanov və Ovanisyan hakim Respublika Partiyasının, Melkumyan isə müxalifəti təmsil edən "Tsarukyan" blokunun üzvüdür.

 

Gizli səsvermədə Şarmazanov 85, Ovanisyan 73 və Mikaleyan isə 65 səs toplayıb.

Səsvermədə 105 deputatdan 100-ü iştirak edib.

Xatırladaq ki, Ermənistanın əvvəlki parlamentində sədrin 2 müavini vardı.

Qeyd edək ki, dünən Ermənistan parlamentinə yeni sədr də seçilib. Bu, Respublikaçılar Partiyasından olan Ara Babloyandır.



Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir