Modern.az

Mədət Quliyev: “Turistlər təhlükəsizliyi qorunmayan ölkəyə gələrlərmi?

Mədət Quliyev: “Turistlər təhlükəsizliyi qorunmayan ölkəyə gələrlərmi?”

19 May 2017, 15:19

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsindən danışıb.


Modern.az
xəbər verir ki, DTX rəisi bildirib ki,  IV İslam Həmrəyliyi Oyunlarının  Azərbaycanda keçirilməsi ölkəmiz üçün bir qələbədir.

M.Quliyevin sözlərinə görə, Azərbaycan belə tədbirlərlə dünyada tanınır, dünya üçün bir nümunə göstərir. O, ölkədəki təhlükəsizlik məsələsinə də toxunub:

“Bu gün Azərbaycana turist axını var. Turistlər hər hansı bir narahatlıq olan, təhlükəsizliyi qorunmayan ölkəyə gələrlərmi? Təbii ki, gəlməzlər. Bu gün Azərbaycanda əmin-amanlıqdır və ona görə də turistlər ölkəmizə gəlir”.



Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?