28 may 2017, Bazar
Ana Səhifə - GÜNDƏM - Natiq Əliyev OPEC-in Vyana görüşünə gedir
Natiq Əliyev OPEC-in Vyana görüşünə gedir
19.05.2017, 16:03

Energetika naziri Natiq Əliyev mayın 23-25-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Energetika Nazirliyindən bildirilib ki, N.Əliyev Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək. Eyni zamanda, Azərbaycanın neftin qiymətinin sabitləşdirilməsi məramlı tədbirlərdə yaxından iştirakının əhəmiyyətini, bu tədbirlərdə aparıcı rol oynamasını nəzərə alaraq, OPEC-in baş katibi Mohammad Sanusi Barkindo, eləcə də OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzuk Natiq Əliyevlə görüşməyi təklif ediblər.

OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərinin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu məhz bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək.

Energetika naziri N.Əliyev hesab edir ki, OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma tarixi bir qərar olub: “Neft hasil və ixrac edən ölkələrin dünya neft bazarında payından və çəkisindən asılı olmayaraq ilk dəfə olaraq nümayiş etdirdiyi yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan Sazişin uğurlu nəticəsini təmin etmiş oldu. Neft bazarında və neftin qiymətində müşahidə olunan sabitləşmə prosesi, öhdəliklərin icrası OPEC və qeyri-OPEC ölkələrinin birgə qərarının işləkliyini sübut etməklə bərabər, 5 ay bundan əvvəl dünya enerji bazarını saran problemdən çıxış metodunun da düzgün seçildiyini, hasilatın azaldılması qərarının özünü doğrultduğunu bir daha təsdiqləyir. Vyana sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var. Bu məqsədlə bütün neft hasil edən ölkələrin bu prosesdə fəal iştirakı, ümumi mənafe naminə birgə hərəkət etməsi vacibdir. Azərbaycan neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır”- deyə Natiq Əliyev bildirib.

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barrel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub. Rəqəmlərə istinad etsək, görərik ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında 781,1 min barrel olub. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsi Azərbaycanı bu prosesdə aparıcı ölkə kimi qiymətləndirib.

Modern.az

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.05.2017, 12:12

Ölkələr üzrə ən çox satılan avtomobil modelləri – SİYAHI

28.05.2017, 12:06

NATO PA-nın komitə iclasında Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirilib

28.05.2017, 11:58

"Ermənilər işğal etdikləri ərazilərdəki qədim Azərbaycan abidələrini məhv edir"

28.05.2017, 11:47

Sabahın hava PROQNOZU

28.05.2017, 11:34

Azərbaycanda uşaq verilişlərinin reklamla kəsilməsi qadağan edilir

28.05.2017, 11:07

İŞİD Misirdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

28.05.2017, 10:37

Şəmkirdə yaşayış evində partlayış, xəsarət alan var

28.05.2017, 10:27

28 May İstiqlalı nədən yarandı - Cümhuriyyət qurucularının şəxsi xarakteri

28.05.2017, 10:18

Azərbaycanda üzünü dəyişdirənlər var? – Həkim, deputat və kriminalist DANIŞIR   

28.05.2017, 10:16

Türkiyədə 10 PKK terrorçusu məhv edilib

28.05.2017, 10:02

Cəsur qəlblərin azadlıq paytaxtı  

28.05.2017, 10:00

Flippində silahlılar 19 nəfəri öldürüb

28.05.2017, 09:46

Düşmən atəşkəsi 120 dəfə pozub

28.05.2017, 09:32

İftar süfrəsinin bəzəyi olan xurmanın MÖCÜZƏVİ FAYDALARI 

28.05.2017, 09:28

Bir şəklin tarixçəsi: Rəsulzadənin raportu və Osmanlı sultanının sözündə durmağı...

28.05.2017, 00:43

Daşqınlarda ölənlərin sayı artır: 122 ölü, 97 itkin

28.05.2017, 00:27

Taksi sürücüsü fırıldaqçının qurbanı oldu - VİDEO

28.05.2017, 00:16

Masallıda dava zamanı ölən məktəblinin adı bilindi - Yenilənib

28.05.2017, 00:01

Azərbaycan Xalq Cümhuriyyəti: Şərqin ilk demokratik dövləti 100 yaşına qədəm qoydu

27.05.2017, 23:25

Füzuli meydanı ətrafında yol dairəsi ləğv edilib

27.05.2017, 23:08

Respublika Günü Milli Aviasiya Akademiyası və ADA Universitetində qeyd edildi - FOTOLAR

27.05.2017, 22:57

Rusiya təyyarələri Britaniya səmasında

27.05.2017, 22:40

Rusiyanın ən yaşlı aktrisası vəfat edib

27.05.2017, 22:24

Londonda terror təhlükəsi ...

27.05.2017, 22:10

Spirtli içki içən fəhlə yıxılıb öldü

27.05.2017, 21:54

Bərdədə güclü dolu: meyvə ağacları, taxıl zəmilərinə ziyan dəydi

27.05.2017, 21:38

NATO toplantısı Azərbaycanın təklifini qəbul etdi

27.05.2017, 21:24

Mingəçevirdə oğul anasını qətlə yetirdi

27.05.2017, 21:08

Türkiyədə güclü zəlzələ olub

27.05.2017, 20:43

Media qurumunun rəhbəri barəsində həbs qərarı verildi

27.05.2017, 20:26

Ermənistanda gömrük rəisi həbs edilib

27.05.2017, 20:16

Dolu Tovuza ciddi ziyan vurdu

27.05.2017, 20:02

Ağcabədidə 4 metr uzunluğu olan gürzə öldürülüb

27.05.2017, 19:30

“Moody’s”: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək

27.05.2017, 17:55

Ötən il  təqaüd alan yaşlı və gənc yazıçıların sayı BİLİNDİ

ARXİV