Modern.az

Güclü külək Daşkəsənə ziyan vurub - FOTOLAR

Güclü külək Daşkəsənə ziyan vurub - FOTOLAR

19 May 2017, 16:49

Mayın 19-da saat 13-30 radələrində Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.


Daşkəsən rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, şəhər İ.Qayıbov küçəsi 30 və 30a, 5 mərtəbəli, S.Vurğun küçəsi 24a, 2 mərtəbəli  yaşayış  binalarının  dam örtüyünə ziyan dəyib. İ.Qayıbov küçəsi 30a, 5 mərtəbəli yaşayış  binasının dam örtüyünə daha  ciddi ziyan dəyib, güclü külək həmin binanın dam örtüyünü  tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə  binanın üstündən atıb.


10-dan artıq elektrik dayağı, 300 paqon metrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqon metrdən artıq rabitə kabeli sıradan çıxıb.


Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.


 Baş vermiş hadisə ilə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.


Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.




Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?