Modern.az

Dövlət İmtahan Mərkəzi rus bölməsi abituriyentlərinə ikinci şans verir

Dövlət İmtahan Mərkəzi rus bölməsi abituriyentlərinə ikinci şans verir

19 May 2017, 17:13

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” imtahanında qeyri-məqbul qiymət alan və ya iştirak etməyən abituriyentlərə müraciət ünvanlayıb.

Modern.az DİM-ə istinadən xəbər verir ki, 16-31 mart tarixlərində elektron ərizələrini təsdiq etmiş, lakin 9 aprel 2017-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” fənni imtahanında  "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlanıb.

Yuxarıdakı kateqoriyaya aid olan abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 31-dək DİM-in internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrini 4-22 may tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq  qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər. 

Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyun ayının 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir