Modern.az

Azərbaycan İslamiadada 60-cı qızılı qazandı

Azərbaycan İslamiadada 60-cı qızılı qazandı

Aktual

19 May 2017, 17:43

Azərbaycan komandası Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti qızıl medalını qazanıb. Modern.az xəbər verir ki, bu, suya tullanma yarışlarında baş verib.

Belə ki, qadınlar arasında 10 m platformadan suya tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya qızıl medal qazanıb.

Bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalı olub.

İkinci yeri indoneziyalı Della Harimurti, üçüncü yeri isə türkiyəli Sinem Sağlam tutub.



Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir