Modern.az

DİM-dən magistratura və rezidentura imtahanının II mərhələsində iştirakla bağlı MÜRACİƏT

DİM-dən magistratura və rezidentura imtahanının II mərhələsində iştirakla bağlı MÜRACİƏT

19 May 2017, 17:48

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlərə müraciət ünvanlayıb. Modern.az DİM-ə istinadən xəbər verir ki, magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat 22 may saat 23:59-dək davam edəcək.

19 may saat 17:30-a olan məlumata əsasən magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 6540 bakalavr proqram seçimini təsdiq edib. 560 bakalavr elektron ərizəsinə daxil olub proqram seçimi etsə də, ərizəsini təsdiq etməyib.

Rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ olan 665 namizəddən 449 nəfəri imtahanın ikinci mərhələsində iştirakını təsdiq edib.

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməlidirlər. Ərizələrini təsdiq etməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi