Modern.az

Medvedev Azərbyacanda yaxşı tanınan seçki texnoloqunu işdən çıxarıb

Medvedev Azərbyacanda yaxşı tanınan seçki texnoloqunu işdən çıxarıb

Dünya

27 Aprel 2011, 14:03

Tanınmış rus politoloqu, siyasi texnologiyalar sahəsində məşhur olan Qleb Pavlovski Rusiya prezidentinin müşaviri vəzifəsindən azad edilib. Modern.az “İnterfaks” agentliyinə istinadən bildirir ki, bu barədə Prezident Administrasiyasındakı mənbə məlumat verib.

“O son zamanlar heç bir xüsusi siyasi məsləhətlər vermirdi.  Pavlovskinin işi regional medianın xülasəsini hazırlamaq idi. İndiki internet əsrində isə bunu nəsə xüsusi xidmət saymaq çətindir. Onu əsasən keçmiş xidmətlərinə görə saxlamışdılar”-deyə mənbə bildirib. 

Bu günkü rus KİV-ləri Medvedevin Pavlovskinin rəhbəri olduğu Effektiv Siyasət Fondu ilə əlaqələrini kəsdiyi barədə məlumat yayıblar.

Pavlovski daha çox seçki texnologiyaları sahəsində tanınmışdı. Onun adı Azərbyacanda keçirilimiş bir sıra seçki kampaniyalarının təşkilində də çəkilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!