Modern.az

Azay Quliyev seçiciləri ilə görüşüb

Azay Quliyev seçiciləri ilə görüşüb

Aktual

19 May 2017, 18:34

Bu gün Milli Məclisin deputatı Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

 

Azay Quliyev seçicilərinin ünvanlı sosial yardım, məşğulluq, hüquq, əfv, mənzil-kommunal məsələləri ilə bağlı müraciətlərini dinləyib.

 

A.Quliyev bildirib ki, hər ay keçirilən görüşlərdən dərhal sonra seçicilərin qaldırdığı məsələlərin həlli edilməsi üçün konkret addımlar atılır. Deputat bu görüşdə də irəli sürülən məsələlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır