Modern.az

Mehriban Əliyeva qalib idmançımıza medal təqdim edib

Mehriban Əliyeva qalib idmançımıza medal təqdim edib

19 May 2017, 20:15

Bu gün İslamiadada sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançısı Mahir Əmiraslanov qızıl medal qazanıb. Modern.az xəbər verir ki, yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova 5:4 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Nəbi Uzun və Özbəkistan idmançısı Nodircon Safarov layiq görülüblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu