Modern.az

Beş ailənin yaşadığı bina yandı

Beş ailənin yaşadığı bina yandı

19 May 2017, 20:42

Fövqəladə Hallar Nazirliyi (FHN) Masallıda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Modern.az FHN-in saytına istinadən xəbər verir ki, Masallı şəhərində beş vətəndaşa məxsus, ümumi sahəsi 770 kvadrat metr olan, bir çardaq altında tikilmiş fərdi yaşayış evlərinin yanar konstruksiyaları, əşyaları 325 kvadrat metr sahədə və dam örtüyü 90 kvadrat metr sahədə yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub.  Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Qeyd edək ki, yanğın olan binada beş ailə yaşayırmış.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir