Modern.az

Bərdə sakinini döyərək xəstəxanalıq etdilər

Bərdə sakinini döyərək xəstəxanalıq etdilər

19 May 2017, 21:51

Bərdə sakinini döyüb xəstəxanalıq etdilər. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəxan kəndində baş verib.

Kənd sakini, 40 yaşlı Yusifov Elnur Şakir oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən E.Yusifov əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir