29 may 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Stalinin sürgün etdirdiyi nazir xanımını kim həbsdən qurtarıb? - MARAQLI
Stalinin sürgün etdirdiyi nazir xanımını kim həbsdən qurtarıb? - MARAQLI
19.05.2017, 22:11

Sovetlər İttifaqının lideri İosif Stalinin repressiya siyahısında məmurlarla yanaşı, məmur xanımlarının adları da yer alıb, xüsusilə yəhudi əsilli xanımların. Bu haqda çıxardığı qərarlarda Stalinə heç kim mane ola bilməyib. Amansız həbs göstərişləri bir-birinin ardınca müzakirəsiz icra olunub. Hətta onların arasında Stalinin ən yaxın silahdaşlarından biri olan SSRİ xarici işlər komissarı, Siayasi Büronun üzvü, Dövlət Müdafiə Komitəsi sədrinin müavini Vyaçeslav Molotovun həyat yoldaşı Polina Jemçujina da olub.

 

Modern.az saytı Stalinin hakimiyyəti dövrü haqqında növbəti yazını təqdim edir.

Stalinin gözündə Molotovun yalnız bir problemi olub-onun həyat yoldaşı. Polina Jemçujina ilə Stalinin həyat yoldaşı Nadejda Alliluyeva yaxın rəfiqə olublar. Stalin elə düşünüb ki, Polina onun həyat yoldaşına mənfi təsir göstərir. Nadejda Alliluyevanın müəmmalı ölümündən sonra isə ona qarşı mənfi fikirlər Stalində daha da çoxalıb. Elə həmin müəmmalı ölüm gecəsində də Voroşilovun mənzilində Stalinlə həyat yoldaşının arasında yaranmış mübahisədən sonra Nadejda Alliluyeva məclisi Polina Jemçujina ilə birlikdə tərk edib. 

Stalin Molotov haqqında həmişə müsbət fikir söyləyib. Ancaq bununla yanaşı, onun həyat yoldaşı haqqında fikirlərini söyləməkdən də çəkinməyib. Nəhayət, Siyasi Büronun iclaslarının birində o bu məsələyə son münasibətini bildirib: 

“Molotov partiya üçün çox işlər görüb, o bu yolda canını belə qurban verməyə hazırdır. Ancaq o, bununla yanaşı öz həyat yoldaşını da sevir. Əlbəttə, düşünəcəksiniz ki, mən bunu nəyə görə vurğulayıram? Siyasi Büroda müzakirə olunan məsələlər, qəbul edilən qərarlar haqqında Molotovun həyat yoldaşı Polina Jemçujina dərhal xəbər tutur və bu məlumatları yəhudi millətçi təşkilatlarına çatdırır. Bu qadın həmin təşkilatlarla sıx əlaqədədir. Polina Jemçujinanın gizli fəaliyyəti və kimlərlə əlaqədə olması haqqında bizdə çox məlumatlar var. Onlar bizə qarşı düşmən mövqelərindədirlər...”.

 

Stalinin bu çıxışı onun qərarı demək idi. Beləliklə, 29 dekabr 1948-ci ildə Polina Jemçujina partiyadan xaric edilib və 29 yanvar 1949-cu ildə yəhudi millətçiləri ilə cinayət əlaqələrinə görə ittiham olunaraq həbs edilib, sürgünə göndərilib.




Sürgündən bir müddət əvvəl Polina Jemçujina Stalinin ona qarşı sərt münasibətindən xəbər tutaraq həyat yoldaşı Molotovla açıq danımağı qərara alıb: “Əgər partiya belə hesab edirsə, biz ayrılmalıyıq, deməli ayrılmaq lazımdır. Bu həm partiyamız, həm də bizim üçün daha yaxşı olar”. 


Bununla da o qardaşıgilə köçməyi qərarlaşdırıb.

Lavrenti Beriya tez-tez Molotovun qulağına pıçıldayıb ki, sürgündə olan həyat yoldaşı sağdır. Molotov isə Beriyanın bu yarıkinayəli, yarıciddi sözlərinə yalnız susmağı ilə cavab verib.

 

Nəhayət 1953-cü ildə Stalinin dəfnində tabut önündə dayananda Molotov Beriyaya müraciət edib:

- Lavrenti, Polinanı qaytar.

 


Stalinin dəfnindən bir gün sonra Beriyanın göstərişi ilə Polina Jemçujina həbsdən azad edilib.

 

Qeyd edək ki, Polina Jemçujina bir sıra yüksək vəzifələrdə çalışıb. O həmin dövrdə SSRİ-də təsərrüfat sahəsində yeganə xanım nazir olub. Belə ki, Polina Jemçujina SSRİ Balıq Sənayesi nazirliyinə rəhbərlik edib. Onu bu vəzifəyə də məhz Stalin təyin edib. Molotov həyat yoldaşının bu təyinatna qarşı çıxsa da Stalinin əmri ilə Jemçujina bu vəzifədə öz fəaliyyətini davam etdirib.

 

Həbsdən azad olduqdan sonra Polina Jemçujina partiya sıralarına yenidən bərpa olunub. O, Stalinə olan sədaqətini onun ölümündən sonra da belə, nümayiş etdirib.

1960-cı ildə Stalinin qızı Molotovlar ailəsini ziyarət etdikdən sonra bu haqda öz xatirələrində yazıb:

“Polina ilə görüşüm məni çox təsirləndirmişdi. Onun dediyi sözləri tez-tez xatırlayıram: Sənin atan dahi insan idi. O ölkədəki beşinci sütunu məhv etmişdi. Müharibə başlayanda xalqla partiya yekdil idi. İndi isə insanlarda heç bir inqilabi ruh qalmayıb. O, atam haqqında danışdıqca qızı və kürəkəni gözlərini yerə dikirdilər. Sanki nədənsə utanırdılar”.

 

Həbsdən çıxdıqdan sonra Polina Jemçunaya sevdiyi həyat yoldaşı Vyaçeslav Molotovla 17 il birgə ömür sürmək nəsib olub. O, 1970-ci ildə Moskvada vəfat edib.

 

İlham Cəmiloğlu

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 16:06

Azərbaycan Dillər Universitetindən iddialara REAKSİYA: “Şou yaradırlar”

29.05.2017, 16:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

29.05.2017, 12:22

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

29.05.2017, 12:04

Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir

29.05.2017, 11:47

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

ARXİV