Modern.az

Kim ki yüz il yaşamırsa... Mixəyin möcüzəvi faydaları

Kim ki yüz il yaşamırsa... Mixəyin möcüzəvi faydaları

19 May 2017, 22:17

İlin bütün fəsillərində çay süfrəmizin bəzəyidir. Susuzluğu yatırmaq, yorğunluğu çıxarmaq üçün çay ən yaxşı içkilərdən biri sayılır. Əgər dəmlədiyimiz çaya bir neçə dənə mixək də atsaq, sevimli içkimiz daha ləzzətli, həm də cana faydalı olar.

 

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı mixək haqdadır.

 

Mixək öz tərkibinə görə vitamin və mikroelementlərlə zəngindir. Və bu zəngin tərkibin orqanizm üçün aşağıdakı faydaları var:

 

Mixək həzm sisteminin fəaliyyətini normallaşdırır.

Fiziki və zehni yorğunluğu aradan qaldırmaqla insana gümrahlıq verir.

Baş və diş ağrıları üçün effektli vasitədir.

İştəhasından şikayətlənənlərə mixəkdən istifadə məsləhət görülür.

Mixək gözlər üçün faydalıdır və görmə qabiliyyətini yaxşılaşdırır.

Xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir.

Mixək sidikqovucu təsirə malikdir.

Tənəffüs sisteminin işini yaxşılaşdırır.

Ağızdan gələn pis qoxunun qarşısını almaq üçün mixəkdən istifadə yetərlidir.

Bronxial astma və ürək döyüntüsü zamanı da mixək faydalıdır.

Mixəyin faydalarından biri də cinsi fəaliyyətə müsbət təsir göstərməsidir.

Mixək immun sisteminə də müsbət təsir göstərərək onu gücləndirir.

Yuxusuzluqdan şikayət edənlər üçün mixəkdən istifadə xeyirlidir.

Mixək soyuqdəymə zamanı olduqca faydalıdır, öskürəyi kəsir, temperaturu aşağı salır.

Bağırsaqlarda olan qurdlara qarşı mixək ən təsirli vasitələrdən sayılır.

 

Mixəyin möcüzəvi faydaları ilə yanaşı əks göstəriciləri də var. Xüsusilə yüksək qan təzyiqi olanlara və hamilə qadınlara mixəkdən istifadə etmək məsləhət görülmür.

 

Cayınıza mixəklə dad qatın, həm də sağlamlığınızın qayğısına qalın.

 

İlham Cəmiloğlu

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir