Modern.az

İranda səsvermə yekunlaşdı

İranda səsvermə yekunlaşdı

20 May 2017, 00:47

İranda keçirilən prezident seçkisi yekunlaşıb. Modern.az İran mediasına istinadən xəbər verir ki, seçkilərdə seçicilərin 70 faizi iştirak edib. Hal-hazırda səslərin hesablanması işi aparılır.

Qeyd edək ki, İranda keçirilən prezident seçkiləri saat 18:00-da bitməli olsa da, səsvermənin müddəti saat 24:00-a qədər uzadılmışdı. İranda keçirilən prezident seçkisində əsasən iki namizəd – hazırkı prezident, islahatçıların dəstəklədiyi Həsən Ruhani ilə mühafizəkarları dəstəklədiyi İbrahim Rəisi arasında rəqabət gedir.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu