Modern.az

Hacıqabuldakı qəzada ölənlərin beşi də tələbədir - ADLAR - YENİLƏNİB

Hacıqabuldakı qəzada ölənlərin beşi də tələbədir - ADLAR - YENİLƏNİB

Ölkə

20 May 2017, 17:30

Xəbər verildiyi kimi, bu gün Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. “Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq, aşıb. Hadisə nəticəsində beş nəfər ölüb.


Baş Dövlət Yol Polisi əməkdaşlarının Modern.az-a verdiyi məlumata görə, ölənlərin hamısı tələbədir.

“Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizasına aparılıb. Hazırda faktla bağlı araşdırma gedir. Onların şəxsiyyətləri müəyyənləşdirilir”.


****

APA-nın məlumatına görə, ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələridirlər. Onlar hamısı İmişli rayon sakinidir.

 

Hadisə zamanı həlak olanlar: 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!