Modern.az

Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkarlanıb

Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar aşkarlanıb

21 May 2017, 19:11

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə gündəlik operativ məlumat yayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, gün ərzində 1 245 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

Nəticə etibarilə 20 551 kv.m (2.06 ha) ərazi tam təmizlənib, 18 500 kv.m (1.85 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir