Modern.az

Mehriban Əliyeva İslamiadada qadın güləşçilərin mükafatlandırma mərasimlərində iştirak edib

Mehriban Əliyeva İslamiadada qadın güləşçilərin mükafatlandırma mərasimlərində iştirak edib

21 May 2017, 19:38

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 69 və 48 kq çəki dərəcəsində qalib gələn qadın güləşçilərin mükafatlandırma mərasimləri keçirilib.

 

Modern.az-ın məlumatına görə, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

69 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Elis Manolova, 48 kq-da isə digər güləşçimiz Mariya Stadnik birinci olub.

Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?