Modern.az

Toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb

Toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb

21 May 2017, 23:24

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, özünə məxsus “VAZ 2107” markalı avtomobilinin dövlət nömrə nişanlarını açaraq toy karvanında avtoxuliqanlıq edən Gəncə şəhər saini Rzayev Sərxan saxlanılıb. Polis əməkdaşları təhlükəsiz şəhər kamerasının görüntülərinə əsasən avtomobili və sahibini qısa müddətdə müəyyən edərək sürücünü məsuliyyətə cəlb edib.

 

Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə avtoxuliqan Sərxan Rzayev bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 20 sutka inzibatı həbs cəzası alıb. Saxlanılan şəxs törətdiyi əməldən peşman olmadığını deyib.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir