Modern.az

Azərbaycan idmançıları 154 medalla liderliyini qoruyur

Azərbaycan idmançıları 154 medalla liderliyini qoruyur

21 May 2017, 23:56

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları daha 20 medal qazanıb. Modern.az xəbər verir ki, medallardan 9-u qızıl, 7-i gümüş, 4-ü bürünc əyarlı olub. Bu nəticədən sonra Azərbaycanın aktivindəki medalların sayı 153-ə yüksəlib. Medallardan 75-i qızıl, 46-sı gümüş, 33-ü bürüncdür. Millimiz qızıl medalların sayına görə, liderliyini qoruyub saxlayır. Medalların sayına görə, ikinci yerdə Türkiyə, üçüncü yerdə isə əvvəlki kimi İran komandası qərarlaşıb.  Türkiyənin 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medalı var.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?