Modern.az

Bakıda gəlin maşınlarının kirayə qiymətləri düşüb - REPORTAJ

Bakıda gəlin maşınlarının kirayə qiymətləri düşüb - REPORTAJ

Reportaj

22 May 2017, 09:39

Azərbaycanda toyların təmtəraqla keçrildiyini izah etməyə gərək yoxdur. Baxmayaraq ki, israfçılıq tez-tez ictimai qınaqla üzləşir, amma insanlar buna əhəmiyyət vermir, toy  mərasimləri zamanı qənaət etməyə çalışmırlar.  Toylarda israfçılığa səbəb olan hallardan biri də bahalı gəlin maşınlarının sifarişi ilə bağlıdır. Bakıda metronun “Gənclik” və “Xalqlar Dostluğu” stansiyalarının çıxışına yaxın ərazilərdə belə maşınların geniş seçimi mövcuddur. 


Modern.az-ın əməkdaşı toy maşını kimi də istifadə olunan bahalı avtomobillərin yerləşdiyi məkanda olub.

Toy maşınlarını icarə verənlərlə ümumi söhbət əsasında belə məlum oldu ki, ən ucuz avtomobil 50 manata, ən bahalısı isə 1200 manata təklif olunur. Maşınların sifariş şərtləri də dəyişir.


“Bəy və gəlini şadıq evinə aparan sürücü bizim əməkdaşımız olur. Sifarişçilər əvvəlcə beh verir, sonra ödəniş edilir. Bəy və  gəlin şadlıq evinə gətiriləndən sonra işimiz yekunlaşır.  Əgər maşın toy sahibləri tərəfindən idarə olunarsa, daha 50 manat əlavə ödəniş edilməlidir.  Maşının yuyulması, bəzədilməsi, benzinpulu, sürücüyə ödəniləcək məbləğ qiymətlərə daxildir”.


Maşın kirayə verənlər son vaxtlar işlərin yaxşı getməməsindən gileyləndirlər. “Əvvəllər məsələn, 5 manata aldığımız bəzəyin qiyməti indi 10 manat olub. Amma evlənən yoxdur, maşınlar da qalıb burda. Əvvəlki illərə nisbətən çox fərq var, gəlirlərimiz azalıb”.


Avtomobil sahibləri ən çox kirayəyə götürülən gəlin maşınının “Mercedec S-class” modeli olduğunu dedilər - qiyməti 100 manatdır.



Məlum oldu ki, maşınların kirayə qiymətləri ötən illə müqayisədə ucuzlaşıb. Məsələn, əvvəllər 100 manata kirayəyə verilən avtomobil indi müştərilərə 80 manata təklif olunur.


“Bizdə ən bahalə gəlin maşını 1200 manata təklif olunan “Rolls&Royce” markalı avtomobildir. Bəy və gəlini evdən götürüb şadlq sarayına aparırıq. Gecə evə qaytarmaq lazım olanda əlavə pul alınır. Qiymətlər məsafədən asılı olaraq dəyişir. Məsələn, 100 manat əvəzinə bəzən 120 ya da 130 manat ödənilir”.


Ərazidə saxlanılan gəlin maşınlarıdan bəziləri şəxsi avtomobillərdir. Məsələn, Elşən adlı şəxs özünün “Crysler” markalı maşınıyla bura gündəlik qazanc dalınca gəlir.

20 ildir bu işlə məşğulam. Vəziyyətdən asılı olaraq bəzən müştərilərə endirimlər edirik”,- deyə o bildirdi.


Müsahibimizin sözlərinə görə, təkcə Bakıdan deyil bəzən Sumqayıtdan da müştərilər gəlir.Sifariş qəbul edən zaman məsafəni və əraziyə uyğun qiymət təyiin edirik.  Məsafənin uzunluğundan asılı olaraq əlavə pul alına bilər. Məsələn, Sumqayıta getsək  20 manat əlavə, Mərdəkana getsək 10 manat əlavə pul alınır”.



Nəcəf RUSLANOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər